Omega

KolleksiyaSeamaster diver 300 m

Seamaster Professional Diver 300M modeli 1993-cü ildə yaradılıb. OMEGA evi o vaxtdan bəri yenilik və ən öndə gedən texnologiyalar ilə dünyanın ən autentik dəniz saatlarına çevrilmək üçün onu daim təkmilləşdirmişdir. Bu əfsanəvi dalğıc saatları 41 mm-dən 44 mm-ə qədər müxtəlif ölçülərdə və qara, mavi və ağ kimi klassik rəngli siferblatlar ilə istehsal olunur. Suya davamlı modellər kolleksiyası paslanmayan polad, 18 karatlı qızıl və keramika da daxil olmaqla, müxtəlif materiallar ilə diqqət çəkir və hər saata bənzərsiz davamlılıq, özünəməxsus güc, keyfiyyət və fərdi üslub verir. İstər standart Diver 300M modelləri, istərsədə xronoqraf ilə olan modellər ən öndə gedən OMEGA lazer texnologiyası ilə işlənmiş və dənizi xatırladan helium klapan, dalğıc şkalası ilə bezel və dalğa naxışlı siferblatla təchiz edilmişdir. Bu qol saatları metal bilərzik, kauçuk kəmər və ya NATO kəməri ilə tamamlanmışdır. Qeyd etmək vacibdir ki, müasir Seamaster Diver 300M kolleksiyasındakı bütün saatların mexanizmləri Master Chronometer sertifikatına malikdir və bu, onların xronometrik dəqiqliyi və maqnit sahələrinə müqavimətinin İsveçrə saat sənayesinin ən yüksək standartına cavab verdiyini göstərir.

Kataloq

Filtr
Filtrlər
Geri
Tövsiyə edilənlər
Çeşidlə