BrendOmega

160 ildən çoxdur ki, “OMEGA” brendi yeniliklərin simvolu hesab edilir. "Apollon" kosmik proqramı çərçivəsində aya ekspedisiyada iştirak edən ilk saatlar; hərbi sürücülər üçün ilk saatlar; dünyada gəmi xronometri sertifikatı almış ilk və yeganə qol saatı bu brendin idi. Şirkət 1848-ci ildə İsveçrənin La-Şo-de-Fon şəhərində 23 yaşlı Lui Brandt tərəfindən təsis edilmişdir. 1932-ci ildə keçirilən yay Olimpiya oyunları zamanı “OMEGA” tarixdə ilk dəfə bütün idman növləri üzrə xronometrajı həyata keçirdi. Daha sonra “OMEGA” 20-dən çox Olimpiya oyununun rəsmi xronometrajçısı olmuşdur. “OMEGA” brendinin nümayəndəsi Ç. Sikeret saniyəni mində bir dəqiqliyi ilə qeyd edən “OMEGA Time Recorder” adlı ilk kvars elektron xronoqrafını hazırlamışdı. 1965-ci ildə “NASA", “OMEGA” saatlarını və digər brendlərin saatlarını maqnit sahəsinin təsiri altında, -18 dərəcədən +93 dərəcəyədək temperaturda və çəkisizlik şərtlərində sınaqlardan keçirmişdi. Saatlar arasında yalnız “OMEGA Speedmaster” bütün sınaqlardan keçmiş və “Apollon” proqramı üçün seçilmişdi. 1995-ci ildə Pirs Brosnan Ceyms Bonddan bəhs edən "Qızıl Göz" filmində rol aldı və “OMEGA Seamaster Quartz Professional” saatını taxdı. Bütün növbəti filmlərdə əsas qəhrəmanın qolunda “OMEGA Seamaster Professional Chronometer” saatı var idi. 22-ci Ceyms Bond filmində Daniel Kreyqin qolunda polad bilərzikli “OMEGA Seamaster Professional Planet Ocean 600 m” saatını görürük. Şirkət yeni filmin ərsəyə gəlməsi münasibətilə 5007 nüsxədən ibarət məhdud seriya buraxdı. Bu modellərin fərqli xüsusiyyətləri şüşənin əks tərəfindəki "Quantum of Solace" yazısı, saatın arxa qapağındakı "007" oyması və saatın seriya nömrəsi idi. İsveçrə brendinin xüsusi fəxri olan davamlı innovativ fəaliyyətlər sayəsində koaksial mexanizmə malik eksklüziv “OMEGA” kalibrlərini ərsəyə gətirmək mümkün oldu. Bu, 250 il ərzində hazırlanmış ilk radikal yeni funksional saat mexanizminə malik kalibrdir. “OMEGA” bütövlüyün, üstünlüyün, möhkəmliyin və mükəmməlliyin simvoludur.

Kataloq

Filtr
Filtrlər
Geri
Tövsiyə edilənlər
Çeşidlə