Bakının məşhur nöqtəsində üçüncü "Royal Collection" butiki açılıb

Bakının məşhur nöqtəsində üçüncü "Royal Collection" butiki açılıb

Bakının məşhur nöqtəsində üçüncü "Royal Collection" butiki açılıb


"Italdizain" şirkəti 11 noyabr 2024-cü il tarixdə Bakının tarixi mərkəzinin ən məşhur nöqtəsində, Əziz Əliyev küçəsi 3 ünvanında üçüncü "Royal Collection" zərgərlik məmulatları-saat butikini açıb.

"Royal Collection" butiki konsepsiyasının əsasında nəsillərlə dünyanın mədəni irsi arasındakı qırılmaz əlaqə durur, fəlsəfəsi isə zərgərlik məmulatları və saat istehsalı sənətinə dəyər verənlərə bu sənətkarlıq növlərinin ən yaxşı nümunələrini Avropa brendlərinin işləri sırasında təqdim etməyə yönəlir.

"Royal Collection" kolleksiyası, həqiqətən, dəyərlidir: Azərbaycan paytaxtının ən gözəl tarixi malikanələrindən birinin divarlarında Avropa zərgərlik evləri və saat emalatxanalarının əl işi şedevrləri bir araya toplanıb. Onlar arasında İtaliya zərgərlik brendləri "Leo Pizzo", "Utopia", "Pasquale Bruni", "Roberto Coin", "Nanis", Fransanın "Messika" və "Dinh Van", Britaniyanın "Stephen Webster" zərgərlik evlərinə rast gələ bilərsiniz.

"Royal Collection" saat seçimləri ilə də qürur duyur: butikdə İsveçrənin "Omega", "Tag Heuer", "Breitling" kimi şöhrətli saat emalatxanalarının kolleksiyaları təqdim edilir. Bu mənzərəni məşhur aksesuar brendi "S.T.Dupont"un zərif məhsulları tamamlayır.  

Bakının tarixi mərkəzinin memarlıq fonu zəngin tarixə malik binada yerləşən yeni butik üçün təbii estetik mühit yaradır. Daha sonra Zevin küçəsi adlandırılmış, indi isə bakılıların Əziz Əliyev küçəsi kimi tanıdığı Mixaylovskaya küçəsindəki dəbdəbəli malikanə 1890-cı illərdə tiklib və Qız qalasından bir neçə yüz metr məsafədə yerləşir. O, Azərbaycan paytaxtının tarixinə görkəmli neft sənayeçisi, ictimai xadim və şəhər dumasının üzvü Sadıx Məşədi Məmməd Zəkiyevin yaşayış binası kimi daxil olub.  

Sahibkar XIX əsrdə ölkənin ən nüfuzlu neft sənayeçilərindən biri olmuşdur. Onun rəhbərlik etdiyi, neftin hasilatı, emalı və ixracı ilə məşğul olan "M.Zeynalov və Ko" neft cəmiyyəti öz dövrünün ən böyük neft sənayesi şirkətlərindən birinə çevrilmişdi. Həmyerlilərinin Zəkiyevə qarşı ehtiramının səbəblərindən biri də onun səxavətli xeyriyyəçilik fəaliyyəti idi. O, məktəb, xəstəxana, məscid və digər ictimai binaların tikintisini maliyyələşdirirdi. Uğurlu sahibkar həm də Bakı şəhər dumasının üzvü vəzifəsini icra edirdi. O, şəhərin iqtisadiyyat və infrastrukturunun inkişafına əhəmiyyətli töhfə vermişdi.  

Malikanənin Bakı tarixinə daxil olması təkcə sahibinin fövqəladəliyi sayəsində baş verməmişdi, cəlbedici memarlığının da bu işdə rolu böyük idi: qarşımızda Azərbaycanın paytaxtının tarixi mərkəzinin ən gözoxşayan və maraqlı binalarından biri, öz dövrünün memarlıq abidəsi dayanır. Pilyastrları, həcmli elementləri və eyvanları ilə bu əzəmətli, üçmərtəbəli malikanə "neft bumu" epoxasının ab-havasını öz divarlarına hopdurub. Müxtəlif illərdə burada məşhur kinooperator Xan Yusif oğlu Babayev, dövlət xadimi və diplomat Əziz Məmmədkərim oğlu Əliyev, məşhur opera müğənnisi Zeynəb Yəhya qızı Xanlarova, pianoçu və bəstəkar Fərhad Şəmsi oğlu Bədəlbəyli yaşayıb.  

Mədəniyyətlərin qarşılıqlı əlaqəsi, nəsillərarası davamlılıq, tarixə və mədəni irsə qarşı hörmət "Royal Collection" fəlsəfəsinin ayrılmaz hissəsidir. Əhəmiyyətli memarlıq obyektinin İtaliya, Fransa, İsveçrənin məşhur saat, bəzək əşyaları və aksesuar brendlərinin bir araya toplandığı yeni zərgərlik məmulatları butiki üçün məkan qismində seçilməsi dərin simvolik mənaya malik qərardır. Avropanın ən adlı-sanlı evlərinin zərgərlik şedevrləri dövr, ənənə və mədəniyyətlərin qarşılıqlı əlaqəsi fikrini vurğulayaraq Bakının tarixi irsində zərif, ifadəli və parlaq əks-səda yaradır.  

Royal Collection butikləri haqqında daha ətraflı məlumat üçün, xahiş edirik veb saytımıza daxil olun.