"Freak Cocktail Event" – "Ulysse Nardin"in ən cəsur kolleksiyasının şərəfinə şənlik

"Freak Cocktail Event" – "Ulysse Nardin"in ən cəsur kolleksiyasının şərəfinə şənlik

"Freak Cocktail Event" – "Ulysse Nardin"in ən cəsur kolleksiyasının şərəfinə şənlik

İlk dəfə 2001-ci ildə "Freak" provokativ adı ilə təqdim edilən saat modelləri İsveçrə emalatxanası "Ulysse Nardin"in nüfuzunu artıraraq əsl sensasiya yaratdı. Divanəlik həddinə çatmış cəsarətli eksperiment saat istehsalçıları üçün əsl zəfərə çevrildi: bu gün "Freak" kolleksiyası məşhur İsveçrə brendi üçün flaqmandır. Saat istehsalı aləmində "Freak", haqlı olaraq, innovasiya hesab edilir: saata rəsm tablosu və ya incəsənət obyekti kimi baxan modelin yaradıcılarının yanaşması dünyanın müxtəlif yerlərindən İsveçrə saat istehsalı sənətkarlığının biliciləri və həvəskarlarının zövqü ilə uyğunlaşdı.

"Freak" kolleksiyasının konsepsiyası brendin "Italdizain" şirkəti tərəfindən təmsil edildiyi Azərbaycanda da, yenilikçi texnologiyaların və cəsarətli dizayner işlərinin ideal birləşməsi kimi, yüksək qiymətləndirilir. 26 sentyabr tarixində "4LOFT Speakeasy Bar"da "Freak"in cəsur və qeyri-adi estetikası şərəfinə təşkil edilmiş şənlik saat istehsalı sənətkarlığına, həqiqətən, dəyər verənləri, yəni "Ulysse Nardin"in əfsanəvi kolleksiyasının modelləri ilə bağlı bütün təfərrüatları öyrənmək fürsəti qazanmış kəsləri – brendin müştərilərini və tərəfdaşlarını, influenserləri və KİV nümayəndələrini bir araya toplayıb.

Rəngarəng tədbirin keçiriləcəyi məkan gecənin əsas qəhrəmanlarına – "Freak" kolleksiyasının yeni üzvlərinə uyğun olaraq seçilib: "4LOFT Speakeasy Bar"ın sirli ab-havası və qeyri-adi mühiti kultlaşmış kolleksiyanın mədəniyyəti və estetikasına qərq olmaq üçün ideal dekorasiya yaradıb.

Rəssam-qraffiti sənətçisi Emil Məcnunun irihəcmli işi gecənin parlaq, kreativ vurğusuna çevrildi. Xüsusi olaraq, tədbir üçün hazırlanmış 7 metrlik eksklüziv qraffiti "Freak" kolleksiyasına şöhrət qazandırmış avanqard işlər qarşısında əzəmətli reverans idi.

Məkanın miksoloqları kolleksiyanın motivlərindən ilham alaraq xüsusilə "Freak Cocktail Event" üçün müəllif kokteylləri kvartetini hazırlayıblar: "Freakin' Fresh", "Freakshake", "Freakaholic" və "Total Freak Out". Tematik qəlyanaltılar gecənin əsas süjetini daha da genişləndirir və "Freak" fəlsəfəsinə çoxşaxəli qərqolmanın yeni çalarlarını yaradaraq tədbirə xüsusi qastronomik kolorit qatırdı. Gecənin musiqili proqramı DJ Nasa (inherroom) tərəfindən təqdim olunub.


"Italdizain" şirkəti "Ulysse Nardin" brendinin Azərbaycan ərazisindəki eksklüziv distribütorudur.

"Ulysse Nardin" brendinin saatlarını aşağıdakı ünvanlarda yerləşən "Royal Collection" butiklərində əldə edə bilərsiniz: Azərbaycan, Bakı, 28 May küçəsi, 4 və Niyazi küçəsi, 5B.
Əlaqə nömrələri: +994 (12) 498-00-53, +994 (12) 492-76-42.

"Ulysse Nardin" brendi və onun kolleksiyaları haqqında ətraflı məlumatı aşağıda qeyd olunan saytdan əldə edə bilərsiniz: https://italdizain.az/brands/ulysse-nardin