"Full Bleed": Bakıda Stiven Vebsterin yeni kolleksiyasının premyerası

"Full Bleed": Bakıda Stiven Vebsterin yeni kolleksiyasının premyerası

Britaniya zərgərlik brendinin təsisçisi və kreativ direktoru Stiven Vebster devizi kompromissizlik və şablonların qırılması olan yeni kolleksiyasını təqdim etmək üçün Azərbaycana şəxsən təşrif buyurub. 

"Full Bleed" kolleksiyasının dünya üzrə premyerası sentyabrda Londonda baş tutub, Bakı isə brendin müştərilərinin zinət əşyaları ilə tanış olmaq və onları əldə etmək imkanını qazandığı ilk xarici şəhərdir. Stiven Vebster ilə həyat yoldaşı Assia Vebsterin Bakıya gəlişi tədbirə xüsusi status qazandırıb. Onlar müştəri və qonaqlara yeni kolleksiyanı təqdim edərək Azərbaycan bazarının brend üçün kəsb etdiyi əhəmiyyəti vurğulayıblar. 

Təqdimat İçərişəhərdə yerləşən "Zaman Gallery"də keçirilib. Kokteyl gecəsinin baş qəhrəmanları zinət əşyaları və əlbəttə ki, kult zərgərlik brendinin təsisçisi ilə onun xanımı olub. Yeni "Full Bleed" kolleksiyasının məmulatları vitrinlərdə təqdim olunub, qonaqlar isə onları taxıb yoxlamaq imkanı əldə ediblər. Gecənin ab-havası Maya Azizdən musiqili proqram, "Mirror Room" fotozonası, miksoloqdan müəllif kokteylləri və qonaqlar üçün hədiyyələr ehtiva edən oyun aparatı ilə müşayiət edilib.  

"Full Bleed" kolleksiyasının adı eyniadlı poliqrafiya termininə istinad edir. Bu termindən təsvirin çərçivəsiz və yan boşluqlarsız vərəqin kənarına daşması zamanı istifadə olunur. Şablonların qırılması, sərhədlərin aşılması, zirvələrin fəth edilməsi – Britaniya zərgərlik brendinin DNT-sinə sirayət etmiş cəsarət, qeyri-adilik, yaradıcı şıltaqlıq yeni kolleksiyada özünü tam anlamı ilə ifadə edir. Bu kolleksiyada rəng sanki daşın sərhədləri kənarına "daşır": mərkəzi mineral ilə eyni çalarda seçilmiş mina qızıl üzərində süzülüb axır, rəngi getdikcə açılır və daş ilə metal arasındakı sərhəd yoxa çıxır. 

"Full Bleed" kolleksiyasının rəng palitrası Stiven Vebsterin özü tərəfindən seçilmiş iki daşın çaları ilə müəyyən edilmişdir. O bu daşları Tusonda baş tutmuş "Tucson Gem & Mineral Show" sərgisində seçmişdir. Süjetin mərkəzində yaşıl turmalin və çəhrayı-mis çalarlı təbii zirkon dayanır. Dizayner sonuncunu zərgərlik sənətində layiqincə qiymətləndirilməmiş daşlardan biri hesab edir. 

"Əvvəlcə mən parlaq yaşıl turmalinlər tapmaq istəyirdim, lakin aydın ifadə edilmiş xarakteristikaya malik daşların axtarışı həmişə axtarış çevrəsini daraldır", – Stiven Vebster danışır. – "Palitranın ikinci elementi olaraq, isti çalarlı çəhrayı-mis zirkonu seçdim. Hesab edirəm ki, bu daş layiqincə qiymətləndirilməyib. Bu ana qədər bu daşın arxasında onu, sözün əsl mənasında, anlayan bir zərgər durmayıb".  

Zinət əşyalarının ekspressiv dizaynında Stiven Vebsterin bədii kredosu, yaradıcı üslubu və ilk baxışdaca tanınan üsyankar ruhu ifadəli şəkildə meydana çıxır. Məmulatların unikal xüsusiyyəti müəllif işləmə üsulu sayəsində nail olunan daxili parıltı effektidir: əvvəlcə qızıl üzərinə əl ilə nazik qravürləmə, onun da üstünə soyuq mina qat-qat çəkilir. Bütün zinət əşyaları mina qatının əmələ gətirdiyi axıcılıq effektini gücləndirən müxtəlifölçülü rəngli və rəngsiz brilyantlardan istifadə olunaraq 18 əyar sarı qızıldan hazırlanıb.  

"Full Bleed" kolleksiyasında istifadə edilmiş qradiyentli mina ənənəvi zərgərlik üsulunun müasir interpretasiyasıdır. Mina əl ilə çəkilir və dəqiq çalar keçidlərinə riayət edilərək növbəti qatlar əlavə edilir, beləliklə, daş ətrafında daha dolğun olub nazik qravürləmə xəttinə yaxınlaşdıqca daha açıq çalar əldə edir. Hər bir mərkəzi daş bənzərsizdir, buna görə də hər bir zinət əşyası fərdi rəng süzülmələrinə malikdir və haqlı olaraq, öz növündə yeganə hesab edilir.  

"Stephen Webster" brendinin zərgərlik məhsullarını, eləcə də "Full Bleed" kolleksiyasını aşağıdakı ünvanlarda yerləşən "Royal Collection" butiklərində əldə edə bilərsiniz: Azərbaycan, Bakı, 28 May küç., 4 və Əziz Əliyev küç., 3. Əlaqə nömrələri: +994 (51) 201-92-94, +994 10 256 9779. 

"Stephen Webster" brendinin Azərbaycanda rəsmi distribütoru "Italdizain" şirkətidir. "Stephen Webster" brendi və onun kolleksiyaları haqqında ətraflı məlumatı aşağıda qeyd olunan saytdan əldə edə bilərsiniz: https://italdizain.az/ru/brands/stephen-webster