İNCƏSƏNƏTİN QASTRONOMİYA QOVUŞMASI​

İNCƏSƏNƏTİN QASTRONOMİYA QOVUŞMASI​

BE OUR GUEST​

​Bir tanış siluet. Yaradıcılıq üçün sonsuz imkanlar.​

İspaniyalı rəssam Xuan Dias-Faesin (Juan Díaz-Faes) interpretasiyasında The Guest by Lladró kolleksiyası ilə tanış olun — çini sənətkarlığı ilə müasir incəsənətin vəhdəti.​

TANIŞ OLUN, DÍAZ-FAES​

Asturiyalı rəssam The Guest obrazının tanınan siluetini üçölçülü səth — geyimlə dəri arasındakı sərhədi aradan qaldıran bir növ «örtük» kimi qəbul edir və onun üzərinə özünəməxsus naxışlarını köçürür. Yüngül və ironik vizual dildən istifadə edən Díaz-Faes həndəsi formaları, təkrarlanan üz təsvirlərini və fiquru əhatə edən xətləri birləşdirərək hipnotik ritmlər yaradır.​

Díaz-Faes üçün çini keçmişin xatirələrinə səyahət və gələcəkdə iz qoymaq vasitəsidir:​

«Lladró çini dünyasında simvolik bir brenddir. Mən təsəvvür etdim ki, bir neçə onillik əvvəl kiməsə sonradan bütöv bir nəsil üçün simvola çevriləcək Lladró əsəri yaratmaq tapşırılıb. Sonra düşündüm: bəs 50 ildən sonra bu əsərlər gələcək nəsillərin evlərində yer alsa necə olar?»​

Xuan Díaz-Faes İspaniyanın şimalında, Oviedo şəhərində anadan olub və Salamanka Universitetində təsviri incəsənət üzrə təhsil alıb. 2011-ci ildən Madriddə yaşayır və fəaliyyət göstərir. Onun yaradıcılığı illüstrasiya, mural sənəti, rəngkarlıq və rəqəmsal incəsənəti əhatə edir. Rəssamın özünəməxsus üslubu şən personajlar, cəsarətli həndəsi naxışlar və əl ilə çəkilmiş ritmik xətlərlə seçilir.​

LLADRÓ × NOTES​​

Həndəsi formalar, axıcı xətlər və dəcəl üz ifadələri — Díaz-Faes qrafikasının səciyyəvi xüsusiyyətləridir.Onun naxışları ən gözlənilməz səthlərə həyat verir və onlara incə yumor çaları qatır.​

Bəzən isə şirin bir sürprizlə qarşımıza çıxır.

Díaz-Faes-in qrafikasından ilhamlanan eksklüziv desert məhdud müddət ərzində NOTES-da təqdim olunur.​​​The Guest layihəsinin tarixi Lladró və ispan dizayneri Jaime Hayon arasında əməkdaşlıqla başlayıb. The Fantasy kolleksiyasının uğurundan sonra o, kolleksiya dizayner oyuncaqlarının estetikasını ənənəvi çininin ifadə imkanları ilə birləşdirmək qərarına gəlib. Beləliklə, dəvət olunmuş rəssamların yaradıcı eksperimentləri üçün bir növ boş kətana çevrilən The Guest heykəli yaranıb.​

Layihənin mövcud olduğu illər ərzində Paul Smith, Camille Walala, Ricardo Cavolo, Gary Baseman və digər tanınmış rəssamlar The Guest obrazına öz interpretasiyalarını təqdim ediblər. İndi isə bu sıraya Juan Díaz-Faes də qoşulub. Onların hər biri fərdi yaradıcılıq üslubunu Lladró-nun unikal sənətkarlığı ilə birləşdirərək bu ikonik obraza özünəməxsus yanaşma gətirib. Bu gün The Guest brendin ən tanınan layihələrindən biri və XXI əsr dizaynının ikonalarından hesab olunur.​


​The Guest kolleksiyasını və digər bədii interpretasiyaları yaxından görmək üçün sizi Lladró butikində gözləyirik.​

Lladró Butiki​

28 May küçəsi, 7A​

+994 (12) 498-00-53, +994 (51) 201-92-89​

@lladrobaku​