"Italdizain" şirkəti və "OMEGA" brendi Olimpiya çempionu Hidayət Heydərov ilə əməkdaşlıqlarını elan edir

"Italdizain" şirkəti və "OMEGA" brendi Olimpiya çempionu Hidayət Heydərov ilə əməkdaşlıqlarını elan edir

7 may tarixində "Royal Сollection" butikində "Italdizain" şirkətinin nümayəndələri, İsveçrə saat brendi "OMEGA"nın rəsmi nümayəndəsi və Azərbaycan Cüdo Federasiyasının (ACF) iştirakı ilə mətbuat konfransı keçirilib. "Italdizain" şirkətinin İdarə heyətinin üzvü Hüseyn Zeynallı və ACF-nin marketinq və kommunikasiya üzrə meneceri Ülkər Abbasova, Azərbaycanın görkəmli idmançısı, cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov ilə əməkdaşlığın başlanılmasını təntənəli surətlə elan ediblər. Məşhur cüdoçu Azərbaycanda "OMEGA" brendinin dostu statusunu alıb. 


Mətbuat konfransı çərçivəsində Hüseyn Zeynallı əməkdaşlığın əhəmiyyətini, dəyərlərin birliyini və gələcək birgə təşəbbüslərin perspektivlərini vurğulayıb. O cümlədən Hidayət Heydərov da söz alaraq idmanı, nailiyyətləri və yüksək nəticələrə meyli birləşdirən layihənin bir hissəsi olmaqdan böyük qürur hissi duyduğunu qeyd edib. 

ACF nümayəndəsi qeyd edib ki, Hidayət Heydərov Azərbaycanın ən titullu cüdoçularından biridir. O, 2024-cü ildə dünya, Avropa və Olimpiya çempionu titulunu qazanaraq möhtəşəm mövsüm keçirib. Cüdoçu həmçinin Beynəlxalq Cüdo Federasiyası və Avropa Cüdo Birliyi tərəfindən “İlin cüdoçusu” adına layiq görülüb.

Azərbaycanlı olimpiyaçı ilə "OMEGA" brendi arasında əməkdaşlığın qurulması təsadüfi deyil və simvolik məna kəsb edir. 175 ildən də artıq tarixə malik İsveçrə saat istehsalçısı 1932-ci ildən etibarən Olimpiya Oyunlarının, 1992-ci ildən etibarən isə Paralimpiya Oyunlarının rəsmi xronometrajçısıdır. "OMEGA" 1932-ci ildə Los-Ancelesdə keçirilən Olimpiya Oyunlarında olimpik xronometrajda 30 yüksəkdəqiqlikli, split funksiyalı xronometrajçı ilə debüt etmiş, 1952-ci ildə isə "Xidmətlərə görə" Olimpiya xaçı ilə təltif edilmişdir.  

Əfsanəvi saat brendi və Azərbaycanın idman tarixində ən çox titul qazanmış cüdoçulardan biri arasındakı birlik onların ortaq prinsiplərini əks etdirir: dəqiqlik və nizam-intizam, dözümlülük və mükəmməlliyə daimi meyil. Bunlar Olimpiya xronometrajçısı ilə Olimpiya Oyunları çempionunu birləşdirən xüsusiyyətlərdir. 

Çoxəsrlik Şərq dəyərləri sisteminə əsaslanan döyüş növü cüdo üçün zaman, eynilə qaçış və ya üzgüçülükdə olduğu kimi, vacib rol oynayır. Döyüşün baş tutduğu dörd dəqiqə ərzində idmançılar öz imkanlarını maksimum şəkildə nümayiş etdirməli, özünü aşmalı və rəqib üzərində qələbə çalmalıdırlar. Hər saniyəyə nəzarət və döyüşün həlledici anlarında maksimum konsentrasiya cüdo fəlsəfəsini "OMEGA" prinsiplərinə yaxınlaşdırır. Şirkət 2012-ci ildən bəri "Quantum" taymerindən istifadə edir. Bu taymer nəticələri minlərlə millisaniyəyə kimi müstəsna dəqiqliklə qeyd edə bilir. 

Azərbaycanda "OMEGA" brendinin dostuna çevrilən Hidayət Heydərov özü üçün "Co-Axial Master Chronometer" manufaktura mexanizmi ilə təchiz edilmiş "OMEGA Seamaster Diver 300M" dayver modelini seçib. Antimaqnit qorumaya, istənilən şəraitdə iş dəqiqliyi zəmanətinə və 300 metrə qədər dərinlikdə suyadavamlılığa malik, diametri 42 mm olan ifadəli polad korpuslu saat idmançının xarakterini – onun gücü, möhkəmliyi, etibarlılığı və tam özünənəzarətini əks etdirir. Dəqiqlik bu fəlsəfənin ayrılmaz hissəsidir. Belə ki, "OMEGA" xronometrlərinin hamısı İsveçrə Federal Metrologiya İnstitutunun (METAS) standartları üzrə sertifikatlaşdırmadan keçir.

"Royal Collection" butikində keçirilən mətbuat konfransında "Italdizain" şirkətinin nümayəndəsi bildirib ki, bu əməkdaşlıq Azərbaycan auditoriyasına artıq yaxşı tanış olan "OMEGA"nın yerli bazardakı mövqeyini daha da gücləndirməsinə, həmçinin brendin dəqiqlik, innovasiya və yüksək saatçılıq sənətinin simvolu kimi imicini möhkəmləndirməsinə imkan yaradacaq. 

"OMEGA" kolleksiyaları ilə tanış olmaq və əlavə məlumat almaq üçün aşağıdakı ünvanlarda yerləşən "Royal Сollection" butiklərinə müraciət edə bilərsiniz: Azərbaycan, Bakı, 28 May küç., 4, Niyazi küç., 5B və Əziz Əliyev küç., 3. Əlaqə nömrələri: +994 (12) 498-00-53, +994 (12) 492-76-42, +994 (10) 256 97 79. Rəsmi veb-sayt: https://italdizain.az/az/brands/omega