Brendin təsis olunmasından və "hərəkətli brilyantlar" kult kolleksiyasının ərsəyə gətirilməsindən iyirmi il sonra "Messika"nın təsisçisi və kreativ direktoru Valeri Messika brendin müasir vizual dilinin inkişafı üzərində işləməyə davam edir. "Moderniste" vasitəsilə o, güclü, dəqiq, qrafik, eyni zamanda işıqla dolu kontrastlar estetikasına müraciət edir. Modernizm – forma, struktur və xətlərin təmizliyinə dair təsəvvürləri dəyişmiş bədii cərəyan bu kolleksiyanın ilham mənbəyi olub. Valeri Messika bu irsə müraciət edərək bəzək əşyasını müasir dövrün estetikasını əks etdirən müstəqil obyekt kimi yaradır.
"Moderniste" strukturun dekordan daha çox əhəmiyyət kəsb etdiyi, həcmin isə işıq vasitəsilə meydana çıxdığı modernizm memarlığının prinsiplərinə əsaslanır. Bu cərəyanın əsas nümayəndələri Le Korbuzye və Eylin Qrey olublar. Onlar, başlıca olaraq, təmiz xətlərdə, dəqiq proporsiyalarda və sərt həndəsədə gözəllik tapmağa can atıblar. Bu baxış elə bu gün də yaşamağa davam edir – Tadao Andonun minimalizmində, Bernar Venenin heykəllərində, Sonya Delonenin həndəsəsində və Olafur Elliassonun işıqla işində. Dəqiq proporsiyalara malik altıbucaqlı motiv "Moderniste" kolleksiyasında xətlərin təmizliyinə və arxitektur formanın fundamentallığına meyli təcəssüm etdirir.
"Brilyantlar həyatımda daim mərkəzi yer tutub, lakin qızılı sərbəst material olaraq tədqiq etmək istəyirdim. Zinət əşyasını dekor deyil, üçölçülü halda mövcud olan heykəl kimi təsəvvür edirdim. Modernizm memarlığının təmizliyi və gücü "Moderniste" kolleksiyasının ərsəyə gətirilməsində oriyentir rolunu oynayıb", – Valeri Messika qeyd edir.
"Moderniste" kolleksiyası sarı, ağ və çəhrayı qızıl şəklində, həmçinin cilalanmış, sətinləşdirilmiş və "pavé" haşiyə ilə təqdim edilir. Ətrafında xəttin bütün arxitekturasının, yəni üzük, sırğalar və kolyenin, eləcə də tork kolyenin və mükəmməl dəqiqliklə sürüşən brilyant əlavəli kolye-qalstukun toplandığı "Moderniste" bilərziyi kolleksiyanın mərkəzi elementidir. Hər bir zinət əşyası bədən cizgilərini təbii şəkildə davam etdirən arxitektur kompozisiyaya çevrilir.
Bu kolleksiyada Valeri Messika qızılı heykəl üçün material kimi şərh edir: çoxsaylı üzlərə malik, həcmli, zərgər dəqiqliyi ilə qüsursuzcasına tarazlaşdırılmış. "Moderniste" forma və işığın dialoqunda mövcuddur – xətləri ilə təmiz, varlığı ilə güclü. Zinət əşyası dairə və kvadratın kəsişməsində öz xarakterini meydana çıxararaq daxili gücünü "Messika" atelyesinin həndəsəsi və ustalığı vasitəsilə büruzə verir. Nazik asimmetrik piramida hər bir məmulatı tamamlayır və bu zaman öz hərəkətli brilyantları vasitəsilə brendin kult imzasına istinad edir.
Qızılın diqqət mərkəzində olmasına baxmayaraq, brilyantlar bu kolleksiyanın vacib bir parçası olaraq qalmaqdadır. Birlikdə bu materiallar bir-birinin işıq və dərinliyini gücləndirir. Cilalanmış və sətinləşdirilmiş səthlər işığın fərqli təəssüratını yaradaraq hər bir zinət əşyasının xarakterini meydana çıxarır.
"Moderniste" həndəsəsi kişi və qadın başlanğıcını, güc və həssaslığı birləşdirir. Dairə xətləri yumşaldır, künclər isə xarakter və gərginlik xüsusiyyətləri əlavə edir. Cilalanmış və sətinləşdirilmiş qızıl növbələşir, beləcə, zinət əşyalarının səthində işıq və kölgə oyunu yaradır. Açıq formada ikən bu bilərziyi həm bəzək əşyası, həm də müstəqil bir obyekt kimi qəbul etmək olar. O, alışılmış kateqoriyaların hüdudlarından kənara çıxaraq forma, işıq və ustalığın universal dilini ehtiva edir.
"Messika" brendinin zərgərlik məhsullarını, eləcə də "Moderniste" kolleksiyasını aşağıdakı ünvanlarda yerləşən "Royal Collection" butiklərində əldə edə bilərsiniz: Azərbaycan, Bakı, 28 May küçəsi, 4 və Niyazi küçəsi, 5B. Əlaqə nömrələri: +994 (12) 498-00-53, +994 (12) 492-76-56.
"Messika" brendinin Azərbaycanda rəsmi distribütoru "Italdizain" şirkətidir. "Messika" brendi və onun kolleksiyaları haqqında ətraflı məlumatı aşağıda qeyd olunan saytdan əldə edə bilərsiniz: https://italdizain.az/brands/messika/moderniste


