Fransız zərgərlik Evi Messika-nın 20 illiyinə həsr olunmuş özəl şam yeməyi Azərbaycan Dəmir Yolu Muzeyinin binasında keçirildi. Italdizain şirkəti tərəfindən təşkil olunan gecə brendin sadiq müştərilərini və media nümayəndələrini bir araya gətirdi.
Tədbirin formatı Paris Backstage konsepsiyası əsasında qurulmuşdu. Məkanın quruluşu və gecənin ssenarisi Paris moda nümayişlərinin kulis atmosferinə istinad edərək Messika-nın yüksək zərgərlik dünyasını zinət əşyalarının yaradılması prosesinə yaxın bir mühitdə təqdim etdi. Bakı bu yüksək zərgərlik şam yeməyi konsepsiyasının Avropada təqdim olunduğu ilk bazar oldu.
Proqram welcome-kokteyl və zinət əşyalarının təqdimatı ilə başladı, daha sonra qonaqlar axşamı Aydan Həsənlinin musiqi müşayiəti ilə keçirilən oturaq şam yeməyi ilə davam etdirdilər.
Tədbir çərçivəsində Midnight Sun kolleksiyası Dancing Moon, Star Chaser, Night Owl, Disco Pulsation və Groove setləri ilə, Beyond the Light kolleksiyası Divine Enigma və Imperial Move setləri ilə, həmçinin So Move Max təqdim olundu.


