"OMEGA" Milan-Kortina 2026 şərəfinə xüsusi "Seamaster Diver 300M" modelini istehsal edib

"OMEGA" Milan-Kortina 2026 şərəfinə xüsusi "Seamaster Diver 300M" modelini istehsal edib
Milan və Kortina Ampetsoda keçirilmiş 2026-cı il Olimpiadasında "OMEGA" brendi mövcudluğu tarixində 32-ci dəfədir ki, Olimpiya Oyunlarının rəsmi xronometrajçısı qismində çıxış edib. 

Milan-Kortina 2026 Qış Olimpiya Oyunları 6–22 fevral tarixlərində baş tutub və nəticələrin millisaniyələrlə ölçüldüyü yüzdən artıq yarışı özündə birləşdirib. "OMEGA"nın məsuliyyət dairəsi məhz elə bu nöqtədə ənənəvi olaraq təmərküzləşib, belə ki, yarışların gedişatı "OMEGA"dan – bütün start və finişlərin dəqiq və fasiləsiz xronometrajından birbaşa asılıdır. 



Bu münasibətlə 43,50 mm diametrə malik "Seamaster Diver 300M" modeli unikal qış üslubunda təqdim edilir və brendin yüksəkdəqiqlikli idman xronometrajı sahəsində irsinə, həmçinin qar və buz üstündə yarışan idmançıların ustalığına bir mədhiyyə hesab olunur. Model ağ mina və "Grade 5" titanından hazırlanmışdır; bu birləşmənin seçilməsində möhkəmlik, dayanıqlılıq və xəfiflik rol oynayıb. Korpusun arxitekturası müxtəlif növ haşiyələrlə vurğulanıb: sətin pardaxlamalı səth ilə qurma başlığının və helium klapanın qumlanmış effektli elementləri yanaşı gəlir. 

Ağ minalı siferblat qırov effektli lazer qravürləmə ilə bəzədilib. Onun strukturunda "26" motivi şifrlənib ki, bu da Milan-Kortina 2026 embleminə bir istinaddır. Rodium əqrəblər və saat indeksləri ağ rəngli "Super-LumiNova" məhlulu ilə doldurulub, mərkəzi saniyə əqrəbinə isə təvazökar göy çalar verilib ki, bu da Oyunların vizual simvolikasında yer alan rəngdir. 

Ağ minalı bezel lazer qravürləmə vasitəsilə həkk edilmiş dayver şkalası ilə təchiz edilib, titan korpusun arxa qapağı isə Milan-Kortina 2026 Oyunlarının relyef emblemi ilə bəzədilib. Bununla modelin Olimpiya seriyasına aid olduğu vurğulanır. Saat inteqrasiya olunmuş ağ kauçuk kəmər və titan toqqa ilə komplektləşdirilir. 

Milan-Kortina 2026 şərəfinə buraxılmış "Seamaster Diver 300M" 55 saatlıq fırlanma ehtiyatına malik "Co-Axial Master Chronometer Calibre 8806" manufaktura mexanizmi ilə təchiz edilib. Kalibr İsveçrə saat sənayesinin ən yüksək standartlarına görə sertifikatlaşdırılıb və "OMEGA"nın Olimpiya tayminqinə tətbiq etdiyi etibarlılıq və dəqiqlik tələblərinə cavab verir. 

Milan-Kortina 2026 şərəfinə buraxılmış " Seamaster Diver 300M" modeli Azərbaycanda 2026-cı ilin mart ayından etibarən "Royal Collection" butiklərində təqdim ediləcək. Brendinin məhsulları ilə aşağıdakı ünvanlarda yerləşən "Royal Collection" butiklərində tanış ola bilərsiniz: Azərbaycan, Bakı, 28 May küçəsi, 4; Niyazi küçəsi, 5B; Əziz Əliyev küçəsi, 3.  

"Italdizain" Azərbaycanda "OMEGA" brendinin eksklüziv distribütorudur. "OMEGA" brendi və onun kolleksiyaları haqqında ətraflı məlumatı aşağıda qeyd olunan saytdan əldə edə bilərsiniz: https://italdizain.az/brands/omega