"TAG Heuer" Formula 1-ə Rəsmi xronometrist olaraq qayıdır.

"TAG Heuer" Formula 1-ə Rəsmi xronometrist olaraq qayıdır.

"TAG Heuer" Formula 1-ə Rəsmi xronometrist olaraq qayıdır.  


"TAG Heuer"in Formula 1-ə qayıdışı idman mövsümünün ən vacib hadisələrindəndir. Çempionatın yubiley ilində, yəni yarış 75 illiyini qeyd edərkən brend Rəsmi xronometrist rolunu yenidən öz üzərinə götürür. Bu, ümumi tarixçənin məntiqi davamıdır ki, o da "TAG Heuer" ilə Formula 1 arasındakı sıx əməkdaşlığın onlarla ilini qeyd edir. 


>


"TAG Heuer" loqotipi ilk dəfə 1969-cu ildə Formula 1 bolidi üzərində peyda oldu, 1971-ci ildə isə şirkət "Scuderia Ferrari" komandasının ilk sponsoruna çevrildi. Aparıcı kollektivlərlə əməkdaşlığı sayəsində "TAG Heuer" 239 qələbə, 613 podium, 9471 xal, 11 konstruktor kuboku və pilotlar arasında 15 dünya çempionu titulunun qazanılmasında öz rolunu oynayıb ki, bu da çempionatın tarixində ən çox nəticə verən tərəfdaşlıqlardan biri olub. 

"TAG Heuer" və Formula 1-i trasın özü qədər ümumi dünyagörüşü də bir-birinə bağlayır: dəqiq mühəndislik, qabaqcıl texnologiyalar, avanqard materiallarla iş, mükəmməlliyə canatma və öz sərhədlərinə daim meydan oxuma. "Mental dayanıqlılığın, fiziki gücün, strategiyanın, əməliyyatlarda innovasiya və effektivliyin hər şeyi həll etdiyi bu idman növündə "TAG Heuer", təbii olaraq, Rəsmi xronometrist kimi əsas rolda çıxış edir", – "TAG Heuer"in baş direktoru Antuan Pin qeyd edir. – "Bizim Formula 1 ilə əməkdaşlığımız onillər boyunca bütün zamanların ən uğurlu yarışları və komandaları ilə əlaqədar olub. Biz də fəxr edirik ki, adımız qələbənin əsas meyarının – zamanın sinoniminə çevrilib. Hazırda Formula 1 dünya idmanının bu görkəmli fenomenini inkişaf etdirməyə davam edir və bizim üçün yenidən bu yolun bir parçası olub "TAG Heuer" irsini yeni hekayələrlə zənginləşdirmək böyük qürurdur". 

Formula 1-in prezidenti və baş direktoru Stefano Domenikali qeyd edir: "Formula 1-in onillər ərzində qopmaz parçası olmuş, adı keçmiş və müasir əfsanələrlə ayrılmaz şəkildə bağlanmış, bizim idmanımız barədə hədsiz çox şey danışmaq iqtidarında olan və dəyərlərimizi hər cəhətdən bölüşən tərəfdaşın varlığı bizim üçün böyük üstünlükdür. Brendin innovasiyalara, dəqiqliyə və mükəmməlliyə sadiqliyi "TAG Heuer"i, təbii olaraq, Formula 1-in Rəsmi xronometristinə çevirir. Ruh yüksəkliyi ilə gözləyirəm ki, ortaq irsimiz bizə bu yubiley ilində Formula 1-in gələcəyinə dair yeni hekayələri birlikdə danışmaq imkanı yaratsın". 

Brendin çempionatla əməkdaşlığı 1971-ci ildə başlayıb. Məhz həmin ildə saat şirkətləri arasında ilk dəfə bu brend "Scuderia Ferrari" ilə əməkdaşlığa imza atıb. Bu, avtomobil idmanına və xronometraja şüurlu bir töhfə idi. "TAG Heuer"in xronoqraf üzrə ekspertizası zamanın ölçülməsini Qran-Pri üçün tələb olunan dəqiqlik səviyyəsində hesablayıb: brend 1992–2003-cü illərdə yarışın rəsmi xronometristi rolu yerinə yetirib, indi isə bu ənənəni yenidən davam etdirir. 

"TAG Heuer"in tarixi elə insanlar tərəfindən yazılıb ki, onlar üçün sürət həyatın bir parçasıdır. "Zaman heç vaxt dayanmır. Onda biz niyə dayanaq?" – brendin vizyoneri və fəxri prezidenti Cek Hoyer belə deməyi xoşlayırdı. Onun əfsanəvi pilotlarla – Niki Lauda, Kley Reqatsoni və Co Ziffer ilə dostluğu böyük sürətlərə olan ortaq şövq və avtomobil idmanı naminə yeni zirvələrə canatma sayəsində dərinləşib. Ayrton Senna uzun illər ərzində "TAG Heuer"in səfiri olub. Ona məxsus olan "Mən ikinci və ya üçüncü olaraq gəlmək üçün yaradılmamışam. Mən qalib olmaq üçün yaradılmışam" sözləri "Designed to Win" qlobal kampaniyasının əsasını təşkil edib. Sennanın sevdiyi "LINK" özünəməxsus bilərziyi bu gün də brendin xarakterinin simvolu olaraq qalmaqdadır. 


"TAG Heuer" Formula 1-in Rəsmi xronometristi roluna qayıdaraq yarış ruhunu və zamanın sahibi olmaq, ondan maksimal səmərəliliklə yararlanmaq missiyasını vurğulayır. Bu mesaj özünü yeniliklərdə büruzə verir: "TAG Heuer Formula 1 Solargraph" seriyası doqquz yenilənmiş modeli birləşdirir: onlardan üçü əsasdır, altısı isə 38 mm-lik korpusa, Formula 1-in rəng və üslubu ruhunda ifadəli rənglərə və erqonomik təkmilləşdirmələrə malik olaraq məhdud saydadır. Kolleksiyada ilk dəfə "Solograph" günəş mexanizmi təqdim edilib ki, o, enerji toplamağa gərək duymadan uzunmüddətli ehtiyata malikdir. "TH-Polylight" materialının ortaya çıxması texnoloji cəhətdən irəliyə atılmış addımdır: yüngül və hədsiz möhkəm olub rəng palitrasını genişləndirir və komfortu artırır. Yenidən dizayn edilmiş ikiistiqamətli bezel funksionallıq xüsusiyyətini əlavə edir, dönmə zamanı mexaniki çıqqıltı isə dəqiq taktil hissiyyatı təmin edir. Kolleksiyanın dizaynı trekdə də, şəhərdə də eyni dərəcədə həmahəng görünərək avtomobil idmanının energetikasını gündəlik ritmə çevirir. 

"Italdizain" şirkəti "TAG Heuer" brendinin Azərbaycan ərazisindəki eksklüziv distribütorudur. "TAG Heuer" saatlarını aşağıdakı ünvanlar üzrə "Royal Collection" butiklərində əldə etmək olar: Azərbaycan, Bakı şəhəri, 28 May küç., 4; Niyazi küç, 5B və Əziz Əliyev küç., 3. Əlaqə nömrələri: +994 (12) 498-00-53, +994 (12) 492-76-42.
"Tag Heuer" brendi və onun kolleksiyaları haqqında ətraflı məlumatı aşağıda qeyd olunan saytdan əldə edə bilərsiniz: https://italdizain.az/brands/tag-heuer