Bakıda 24–26 sentyabr tarixlərində baş tutacaq Azərbaycan Qran-Prisində İsveçrə brendi və əfsanəvi sürət yarışının azarkeşləri öz sevimlilərinin yeni zəfərlərinə şahid olmaq üçün tribunalarda görüşəcəklər.
Azərbaycan yeganə postsovet dövlətidir ki, dövrə yarışı üzrə əsas dünya çempionatını öz ərazisində keçirmək şərəfinə layiq görülüb. Bununla yanaşı, tarixi İçərişəhər ərazisində salınmış tras kult olmuş birincilik çərçivəsində şəhər trasları arasında ən uzunudur.
"TAG Heuer" və Formula 1-i uzunluğu yarıməsrdən çox olan birgə məsafə birləşdirir. Məhz bu İsveçrə brendi 1971-ci ildə Formula 1 komandasının rəsmi sponsoru qismində çıxış edərək və "Scuderia Ferrari"ni dəstəkləyərək yarışda saat sahəsində ilk tərəfdaş olmuşdur. 1986-cı ildə "McLaren" ilə təxminən üç onillik davam etmiş əməkdaşlıq başlamış, 2016-cı ildə isə saat brendi "Oracle Red Bull Racing" ilə hələ də davam edən alyans qurmuşdur. Brend 1992–2003-cü illərdə çempionatın rəsmi xronometrajçısı olmuş, 2025-ci ildə isə bu statusu 22 illik fasilədən sonra qaytarmışdır.
"TAG Heuer Formula 1" kolleksiyası 1986-cı ildə – gənc və ambisiyalı saat brendinin özünü yüksək səslə tanıtdırdığı bir vaxtda meydana çıxmışdır. Brend ənənəvi İsveçrə saatlarına effektli bir alternativ təklif edərək əlvan koloristikaya, ekspressiv idman tərzində dizayna və kvars mexanizmlərə üstünlük verirdi.
Brend İsveçrə saatçılıq sənətinin klassik dəyərləri olan dəqiqlik və etibarlılığı avtomobil yarışı aləminə xas enerji və canlılıqla birləşdirirdi. Hazırda "TAG Heuer" öz kolleksiyalarında yüksək sürət və yüksək dəqiqlik dünyalarını birləşdirməyin öhdəsindən gələrək avtomobil yarışları mədəniyyətinin himayədarı nüfuzu ilə qürur duyur.
İsveçrə brendinin avtoidman aləmi ilə çoxtərəfli əlaqəsi bir neçə kult model vasitəsilə meydana çıxır.
Məhdud seriyalı "TAG Heuer Formula 1 Solargraph Zandvoort" modeli 2026-cı ildə Niderland Qran-Prisinin yekunu olan Zandvort trası şərəfinə buraxılıb və avtomobil yarışlarının vizual simvolu olmaq hüququnu dərhal əldə edib. Onun Niderlandın milli palitrası ilə səsləşən narıncı rəngi avtodrom ətrafındakı yolkənarı təpəliklərdə dayanan, azarkeşlərdən ibarət "narıncı ordu" obrazından ilhamlanıb. Ekspressiv dizayn arxasında qabaqcıl texnologiyalar dayanır: praktik "Solargraph Calibre TH50-00" təbii və süni işığı enerjiyə çevirir. Tam enerjidoldurma qaranlıqda təxminən on ay müddətində iş üçün kifayət edir.
"TAG Heuer Formula 1 Chronograph x Gulf" modeli saatçıların, ümumilikdə, avtoidman irsinə duyduqları hörmətin izharıdır. "Gulf"ın mavi və narıncı çalarları 1960-cı illərə xas olan və Stiv MakKuinin "Le-Man" filmi sayəsində avtoidmanın elə ilk baxışda tanınan simvollarından birinə çevrilmiş əfsanəvi yarış formasından ilhamlanıb. 44 mm diametrə malik korpus yüngül və möhkəm material olan, eyni zamanda yarış avtomobillərinin müasir mühəndisliyinə tamamilə uyğun gələn "Grade 2" titanından hazırlanıb. Daxildə avtomatik "Calibre 16" yerləşir ki, o da 48 saatlıq fırlanma ehtiyatı ilə təchiz edilib. Xronoqraf saniyələri, 30 dəqiqəlik və 12 saatlıq intervalları ölçür, həmçinin saat 200 metrədək suyadavamlılıq təmin edir.
İsveçrə brendi ilə əfsanəvi Amerika avtodromu "Indianapolis Motor Speedway"in əməkdaşlığının nəticəsi olan "TAG Heuer Formula 1 Solargraph x Indy 500" modeli də avtomobil idmanının motivlərini ehtiva edir. Prestijli yarış olan "Indianapolis 500"-ün keçirilməsinin 110 illiyi münasibətilə buraxılmış və konkret yarış seriyası şərəfinə adlandırılmış bu seriya yüksək sürət mədəniyyətinə bir mədhiyyə kimi nəzərdə tutulub. Modelin rəng palitrası, ənənəvi olaraq, yarışların tarixinə istinad edir: qara opalin siferblat qəhvəyi şkala ilə əhatə edilib ki, bu da məşhur "kərpic zolağı"nı – "Indianapolis Motor Speedway"in start/finiş xəttindəki tarixi örtüyün qorunub saxlanmış bir parçasını xatırladır. 1110 nüsxədən ibarət tiraj xüsusi simvolizm kəsb edir: bu rəqəm "Indy 500"-ün 110-cu yarışını və 500 mildən ibarət məsafəni özündə birləşdirir.
"TAG Heuer Monaco Chronograph" xüsusi rola malikdir. Bu model avtomobil yarışlarının ayrıca bir epizoduna istinad etmir, əksinə, avtoidmanın öz xarakterini: cəsarəti, sürəti və adətkərdə olanların hüdudları kənarına çıxmaq meylini ehtiva edir. Yeni interpretasiya 1969-cu ilin orjinal " Monaco" modelinin ilk baxışdaca tanınan xüsusiyyətlərini qoruyub saxlayır. 39 mm diametrə malik kvadrat korpus onun xarakterik həndəsəsini təkrarlayır, sol tərəfdə yerləşdirilmiş qurma başlığı isə əfsanəvi "Calibre 11"-i xatırladır. Titan ilə 18 əyar çəhrayı qızılın birləşməsi ifadəli dizayna təvazökar eleqantlıq bəxş edir. "Monaco"nun tarixi kodları burada müasir texnologiyalar ilə orqanik şəkildə uyğunlaşır və bunu ən əsas cəhəti – modelin bənzərsiz xarakterini dəyişmədən yerinə yetirir. Təxminən altı onillik sonra da bu saatı digərləri ilə dəyişik salmaq yenə də mümkün deyil.
"TAG Heuer" saat manufakturasının Azərbaycanda rəsmi distribütoru "Italdizain" şirkətidir.
"TAG Heuer" saatlarını aşağıdakı ünvanlar üzrə "Royal Collection" butiklərində əldə etmək olar: 28 May küç., 4; Niyazi küç, 5B və Əziz Əliyev küç., 3.
"Royal Collection" aparıcı Avropa zərgərlik və saat brendlərini bir dam altında birləşdirir. Butikin konsepsiyası nəsillərarası davamlılığa, mədəni irs, eləcə də yüksək saatçılıq və yüksək zərgərlik sənətinə duyulan hörmətə əsaslanır.


