"Villeroy & Boch" "Pura" kolleksiyasını təqdim edir: təbii forma və anda olmaq hissi

"Villeroy & Boch" "Pura" kolleksiyasını təqdim edir: təbii forma və anda olmaq hissi

Hər şeyin sürətlə hərəkət etdiyi bir dünyada insana ayaq saxlamağa və gerçəyi hiss etməyə imkan verən o anlar getdikcə daha çox dəyər kəsb edir. Təbii materialların taktilliyi, ağ və dəri rəngli çalarların sakit palitrası, eləcə də təbiiliyə olan meyil gündəlik ətraf mühitin yeni qavrayış şəklini formalaşdırır. Ev hissiyyatı bu vəziyyətin vacib bir hissəsinə çevrilir.


Məhz bu əhvali-ruhiyyə "Villeroy & Boch"un "Pura" kolleksiyasını əks etdirir – süfrə düzülüşündə təbiilik və hərtərəfli düşünülmüş estetikanın ahəngi. 

Predmetlərin təbiət cizgilərindən ilhamlanmış forması xəfiflik təəssüratı yaradaraq müxtəlif məkanlara orqanik şəkildə uyğunlaşır. Rəvan xətlər suyun üzündə axan yarpaq formasına istinad edir və kompozisiyanı yükləməyən, əksinə, onu tamamlayan sakit, vizual bir ritm əmələ gətirir.

Kolleksiya premium sümük çinidən ("Premium Bone Porcelain") ərsəyə gətirilib və məmulatlara xüsusi zərafət və vizual yüngüllük bəxş edən, ideal şəkildə hamar, az qala, ipək kimi səthi ilə seçilir. Təmiz ağ çini elə bir ideal səhnə yaradır ki, burada sadə qəlyanaltıdan tutmuş ən zərif qastronomik şedevrə qədər istənilən xörək diqqət mərkəzində olur.  Kolleksiyanın 16 predmetindən hər biri təvazökar xarakterini qoruyub saxlayır və gündəlik rituallar olan səhər qəhvəsi, görüşlər və ya şam yeməkləri ilə bağlı ssenariləri dəstəkləyir.

"Pura" öz identikliyini qoruyaraq və xəfiflik, təbiilik təəssüratı əlavə edərək müxtəlif interyer həllərinə asanlıqla uyğunlaşır. 

Bakıda "Villeroy & Boch"un "Pura" kolleksiyası brendin butiklərində və "Gənclik Mall" ticarət mərkəzində yerləşən "Coincasa" eksklüziv guşəsində təqdim edilərək ziyarətçilərə onu nəinki görmək, həmçinin incə teksturası və zərif dizaynını hiss etmək kimi unikal fürsət təklif edir. 

"Villeroy & Boch Boutique", 28 May küç.,22A 

+994 12 4980333 / +994 51 244 52 67 

"Villeroy & Boch Boutique", Hüseyn Cavid pr., 22 

+994 12 5109126 / +994 50 5540204 

"Coincasa Ganjlik Mall", Fətəli xan Xoyski küç., 14 

+994 12 599 15 55 / +994 51 599 15 55 

"Villeroy & Boch" brendinin Azərbaycandakı rəsmi distribütoru "Italdizain" şirkətidir. Brend və kolleksiyalar haqqında əlavə məlumat üçün veb-sayta nəzər sala bilərsiniz: https://italdizain.az/ru/brands/villeroy-boch