Yaponlara xas sakitləşdirici üslub ikonik dizaynla vəhdət təşkil edir: "Villeroy and Boch" yeni "La Boule Kyoto" kolleksiyasını təqdim edir.

Yaponlara xas sakitləşdirici üslub ikonik dizaynla vəhdət təşkil edir: "Villeroy and Boch" yeni "La Boule Kyoto" kolleksiyasını təqdim edir.

Bəzi əşyalar trendləri üstələyir – onlar ikonalara çevrilir. "Villeroy & Boch’"un "La Boule"u onlardan biridir. Helen fon Box 1971-ci ildə inqilabi "Sphere" əsəri ilə dizayn dünyasının diqqətini cəlb edəndən bəri çini kürə formasında olan bu süfrə qab-qacağı elə amilləri təcəssüm etdirir ki, onlar sayəsində dizayn zamanın fövqündə durur: qüsursuz estetika, ustacasına sənətkarlıq və öz ruhunu itirmədən təkamül qabiliyyəti. "La Boule Kyoto" ilə bu ikonik obyekt yapon mədəniyyətindən və gözəlliyin zamanın hüdudlarına sığmayan gücündən ilhamlanaraq öz növbəti fəslini yazır. 


Təsəvvürdə yenidən canlanan klassik dizayn

İkonik "La Boule"un ən yeni dizaynı ilə "Villeroy & Boch" bizi yapon harmoniyası və sükunəti dünyasına aparır. Heykəltaraşlıq forması, neytral baza tonları və dolğun rəng nüanslarının ahəngi sayəsində "La Boule Kyoto" yapon sənətkarlığı və ənənələrinin dəyərlərini ehtiva edir. O, interyer dizaynında evin fərdi üslubu nümayiş etdirən bir məkana çevrildiyi və zamanın hüdudlarını aşan zərifliyin unikal vurğularla birləşdirildiyi müasir ruhu mükəmməl şəkildə əks etdirir.  

"La Boule Kyoto" dizaynı Yaponiyanın zəngin mədəniyyətindən ilhamlanıb: ahəngdar, diqqətçəkən və zərif. Təmiz xətlər və həndəsi formalar sənətkarlıqla hazırlanmış, xoşbəxtlik, harmoniya və uzunömürlülük rəmzi olan durnalarla, eləcə də klassik kimono naxışlarını xatırladan dizayn elementləri ilə birləşir. İsti bej, tünd-qırmızı, zərif göy və enerjili vurğu kimi parlaq narıncıdan ibarət, diqqətlə seçilmiş rəng palitrası estetikadan da artıq məna kəsb edir: o, yapon simvolizmini əks etdirir və dizayna onun xarakterini müəyyən edən dərinlik bəxş edir. Nəticədə, hekayələr danışan və məkanları formalaşdıran bir kolleksiya predmeti yaranır. 

"La Boule Kyoto" nəinki ikonik bir məhsul, həmçinin müasir həyat üçün tarazlıq, harmoniya və zamana ram olmayan zərifliyin ifadəsidir, üstəlik, dizayn obyekti, ikinəfərlik süfrə dəsti və xüsusi hədiyyə fikri kimi də zövq bəxş edir”, – "Villeroy & Boch"un "Dining & Lifestyle" üzrə Marketinq və Qlobal Brendinq üzrə icraçı vitse-prezidenti Klaudiya Knaupp deyir.

Dizayn funksionallıqla qarşılaşır: "Villeroy & Boch"dan "La Boule" 

"La Boule" "Villeroy & Boch" DNT-sində dərin bir kök salıb və digər predmetlərdən fərqli olaraq, keramika sənətkarlığını dizayn və funksionallıqla birləşdirir. Hissələrə ayrıldıqda bu, iki kasa, iki dayaz kasa, iki boşqab, həmçinin bir servis boşqabından ibarət, iki nəfər üçün nəzərdə tutulmuş yeddi predmetli süfrə dəstidir. Predmetin bütün hissələri Almaniyada istehsal olunan yüksəkkeyfiyyətli premium çinidən hazırlanır. Bir yerə toplandıqda "La Boule" həm süfrədə, həm də interyer dizaynında heyranlıq oyandıran cəlbedici bir dekorativ elementə çevrilir. 

Azərbaycanda "La Boule Kyoto"nu "Villeroy & Boch" butiklərində, eləcə də "Gənclik Mall"da "Coincasa"dakı guşədə əldə etmək mümkündür ki, burada ziyarətçilər kolleksiyanın bir-biri ilə kontrast təşkil edən dizaynları və səciyyəvi təbii daş görünüşlü teksturası ilə tanış ola bilərlər.  

"Villeroy & Boch" butiki, 28 May küçəsi, 22A  

+994 12 4980333 / +994 51 244 52 67 

"Villeroy & Boch" butiki, Hüseyn Cavid prospekti, 22  

+994 12 5109126 / +994 50 554020  

"Coincasa", "Gənclik Mall", Fətəli Xan Xoyski küçəsi, 14  

+994 12 599 15 55 / +994 99 206 15 55  

"Villeroy & Boch" brendinin Azərbaycanda eksklüziv distribyutoru Italdizain şirkətidir. 

"Villeroy & Boch" brendi və kolleksiyaları haqqında ətraflı məlumat üçün saytımızı ziyarət edin: https://italdizain.az/az/brands/villeroy-boch