Baccarat

KolleksiyaMille Nuits

Poetik və cəlbedici impulsivliyə malik şəxsiyyəti və maraqlı seçimləri ilə tanınmış Matias təxminən 30 ildir ustalıq, estetika və dərin təxəyyülü bir araya gətirən uğurlu kolleksiyalar yaradır. Uşaqlığını Suriya və Türkiyədə keçirmiş Matias qəribə möcüzələrlə dolu kainatın nağıllarından ilham almış “Mille Nuits“ kolleksiyasını dizayn edib. Onun tərbiyə aldığı mühitin təsirləri qədim ərəb nağıllarının əfsanəvi ab-havasının və Yaxın Şərqin ecazkar gözəlliyinin əks olunduğu çilçıraq dizaynlarında bariz şəkildə görünür. Bu təsirlər müasir xətlər və həndəsi kəsimlərdə bir araya gələrək “Mille Nuits“ kolleksiyasından olan predmetlərin zamanın fövqündə duran estetikasını yaradıb. Bu predmetlər həm klassik, həm də müasir interyerlər üçün idealdır. “Mille Nuits“ kolleksiyası büllurun əyri kəsimlərinin yaratdığı işıq və kölgə oyunu ilə seçilir və diqqəti cəlb edir. Predmetlərin zamansız siluetləri dekorun zərifliyi ilə vurğulanır. Kolleksiyanın predmetləri maraqlı estetikasının sayəsində müxtəlif dekorasiyalarla birlikdə istifadə edilə bilər.