"Moser" dünyasına qərqolma: Çexiyanın əfsanəvi emalatxanası Azərbaycanla əməkdaşlığını inkişaf etdirir
"Moser" dünyasına qərqolma: Çexiyanın əfsanəvi emalatxanası Azərbaycanla əməkdaşlığını inkişaf etdirir
160 ildən çoxdur ki, Çexiya emalatxanası "Moser" büllurdan hazırlanmış məmulatlar aləmində yüksəksəviyyəli sənətkarlıq dəyərlərini özündə əks etdirir. Qurğuşundan istifadəni istisna edən ekoloji texnologiyalar əsasında ərsəyə gətirilən, büllurdan hazırlanan "Moser" şedevrləri özündə ustalıqla işlənmiş əl işi oymalarının, qüsursuz cilalamanın və nəzərəçarpan rəng palitrasının zərifliyi, qabarıq tərzi və bənzərsiz keyfiyyətini təcəssüm etdirir.
Tədbirin aralarında butikin daimi müştərilərinin və influenserlərin də olduğu fəxri qonaqlarını "Moser"in estetika dünyasına ilhamverici səyahət gözləyirdi. Çexiya emalatxanasına həsr olunmuş tədbirdə iştirak üçün Bakıya xüsusi olaraq təşrif buyurmuş, "Moser"in qravürçüsü Roman Xalupkanın qədəhlər üzərində qravürləmə işinin nümayişi gecənin bəzəyinə çevrilib. Qonaqlar sənətkarın rəhbərliyi altında individual məhsullar yaradaraq qravürləmə prosesini şəxsən sınaqdan keçirmək kimi unikal fürsət əldə ediblər. Tədbirdə həmçinin "Moser" brendinin regional satış direktoru Dmitri Zaxarçenko və Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçek iştirak ediblər.
Tədbir çərçivəsində qonaqlara "Moser"in Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş eksklüziv kolleksiyasının vazaları təqdim edilib. Azərbaycan tarixinin ölkə rəhbərinin respublikanın müstəqilliyinin qorunmasına aparan qərarları və fəaliyyətləri ilə əlaqəli taleyüklü məqamları unikal məhsulların ikitərəfli motivlərinə çevrilib.
Çexiyanın şanlı tarixi ənənələrə malik büllur məhsullar emalatxanası "liderlərin bülluru" kimi nüfuz qazanıb: "Moser" məhsulları kral ailəsi nümayəndələrinin, ölkə və hökumət rəhbərlərinin, məşhur mədəniyyət və incəsənət xadimlərinin evlərini bəzəyir. Bu baxımdan Heydər Əliyev irsinə müraciət brend üçün əlamətdar və dərin simvolik mənaya malik addıma çevrilib.
Məhdud kolleksiyaya aid tək nümunədə hazırlanmış, bədii detalları filiqran üsulu ilə işlənmiş əl işi iki vaza təqdim edilib.
Neft buruqlarının əl ilə qravürlənmiş şəkilləri ilə bəzədilmiş "Yeni Dövr" vazasının dizaynında Azərbaycan tarixinə "Əsrin müqaviləsi" kimi daxil olmuş, dövlət neft şirkəti "SOCAR" və dünyanın aparıcı neft şirkətləri arasında Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri – Çıraq – Günəşli" yataqlarının birgə işlənilməsi haqqında müqavilənin imzalanması əks olunmuşdur. "Əsrin müqaviləsi" ölkənin neft sənayesinin inkişafına təkan vermiş və Azərbaycanın dünya iqtisadiyyatı arenasındakı rolunun gücləndirilməsini təmin etmişdir.
"Gələcəyin Sədası" vazası kultlaşmış "Zaha Hadid Architects" London bürosunun layihəsi əsasında tikilmiş Heydər Əliyev Mərkəzinin memarlıq üslubundan ilham alınaraq ərsəyə gətirilmişdir. Bu tikili iqtisadiyyat, sosial inkişaf və mədəniyyət sahəsində tərəqqi və parlaq nailiyyətlərə can atan müasir Azərbaycanın yeni vizual simvolu kimi nüfuz qazanmışdır. Ölkə üçün mühüm əhəmiyyət kəsb edən dirçəliş dövrünün arxasında məhz Heydər Əliyev dayanırdı.
Məhdud saylı kolleksiyanın "Yeni Dövr" və "Gələcəyin Sədası" vazaları "Ambiance" butikində təqdim edilir. Onları əldə etmək üçün aşağıdakı ünvanda yerləşən butikə baş çəkə bilərsiniz: Azərbaycan, Bakı, 28 May küçəsi, 5A.
Əlavə məlumat üçün +994 (12) 498-62-94, +994 (51) 201-92-96 telefon nömrələri ilə əlaqə saxlayın.