Avtomobil yarışı, dəbli tərz və vaxt: "TAG Heuer"in dörd hekayəsi.
"TAG Heuer"in Formula 1-ə qayıdışı – idman mövsümünün ən vacib hadisələrindən biri. Çempionatın yubiley ilində, yəni yarış 75 illiyini qeyd edərkən brend Rəsmi xronometrist rolunu yenidən öz üzərinə götürür. Bu, ümumi tarixçənin məntiqi davamıdır ki, o da "TAG Heuer" ilə Formula 1 arasındakı sıx əməkdaşlığın onlarla ilini qeyd edir.
"TAG Heuer" loqotipi ilk dəfə 1969-cu ildə Formula 1 bolidi üzərində peyda oldu, 1971-ci ildə isə şirkət "Scuderia Ferrari" komandasının ilk sponsoruna çevrildi. Aparıcı kollektivlərlə əməkdaşlığı sayəsində "TAG Heuer" 239 qələbə, 613 podium, 9471 xal, 11 konstruktor kuboku və pilotlar arasında 15 dünya çempionu titulunun qazanılmasında öz rolunu oynayıb ki, bu da çempionatın tarixində ən çox nəticə verən tərəfdaşlıqlardan biri olub.
Hazırda "TAG Heuer" irsi təkcə xronometrajın dəqiqliyində deyil, həm də detalların dilində – siferblatın yüksək sürət zamanı oxunma qaydasında, korpusun bilək üzərinə oturma şəklində, rəng və materialın xarakteri vurğulama üsulunda özünü büruzə verir. Dörd model avtomobil boksları ilə qaynar asfaltdan tutmuş böyük şəhərin dinamikasına qədər, yəni yarışa dair vahid tarixçəni formalaşdırır.
"Formula 1 Automatic Chronograph x Oracle Red Bull Racing" tonu dərhal müəyyən edir: şaxmatvari təsvirə malik göy rəngli opalin siferblat, əqrəblər və göstəricilər üzərindəki qırmızı cizgilər və parlaq sarı vurğular trasda sürət və qələbə rəmzi olan "Oracle Red Bull Racing" komandasının özünəməxsus palitrasını ehtiva edir. Yüngül və möhkəm titan korpus karbon bezel ilə cütlük əmələ gətirərək təzyiqlərə faktura və davamlılıq qatır, göy rəngli kauçuk kəmər isə istənilən şəraitdə ritmə əminliklə tabe olur. Əks tərəfdə "Oracle Red Bull Racing"in qravürləməsi var, komplektə isə özünəməxsus qablaşdırma və dəri trevel-futlyar daxildir – burada hər şey komanda hissi və qələbəyə hazırlıqdan bəhs edir.

"Pit Leyn" enerjisini tarazlaşdıran 39 mm-lik "Carrera Chronograph" – aydınlıq və məntiqə qayıdış. Məhz bu xüsusiyyətlər sayəsində kolleksiya, artıq altmış ildir ki, etalon olaraq qalmaqdadır. Kontrast "panda" dizaynı öz gümüşü günəş siferblatı və iki qara sayğacı ilə birlikdə əyilmiş flans sayəsində o dəqiqə oxunur, günbəzvari sapfir şüşə isə bezeli vizual cəhətdən "əridir" və siferblatın konturlarını təkrarlayır ki, bu da Cek Hoyerin oxunaqlılıq konsepsiyasına birbaşa istinad sayılır. Yeddi cərgədən ibarət polad kəmər kult oturuş ilə hərəkət plastikasını geri qaytarır. Bu, müasir 39 mm-lik "Carrera"da ilk dəfə bu şəkildə həyata keçirilir.

"Carrera"nın formanın təmizliyinə görə cavabdeh olduğu yerdə "Monaco" xatırladır: avtomobil yarışlarının xarakteri var. 39 mm-lik kvadrat korpus sətin səth və cilalamanı özündə birləşdirərək hər hərəkətdə işıq ilə oynayır, günbəzvari şüşə altında isə günəş şüaları naxışı, iki sayğacı, saat 6-nı göstərən vaxtı və al-qırmızı əqrəbi olan göy siferblat görünür. Dəlikli kəmər tras mövzusunu davam etdirir, TH20-00 istehsal kalibri isə 80 saata qədər işləmə ehtiyatını təmin edir.

Dördüncü hədd –
44 mm-lik "Formula 1 Automatic Chronograph" titanda və qara rəngli "DLC" örtüklə. Qara opalin siferblat obrazı elə ilk baxışda canlandıran qrafik vurğu olan limon çalarlı laklanmış üzüklə əhatələnib. Lüminessens indeks və əqrəblər gündüz də, gecə də rahatlıqla oxunur, taximetrik şkala trek ilə əlaqəni təmin edir, 200 metrədək sukeçirməzlik isə hər gün üçün etibara zəmanət verir. "Titan Grade 2" yüngüllük və davamlılığı təmin edir, qurma başlığının və düymələrin qumlanmış səthi taktil xüsusiyyət əlavə edir, ikirəngli kauçuk kəmər isə dinamik ritm yaradır.

Dörd yanaşma – bir nəticə: dəqiq və mənalı vaxt. Çempionların rəngi, "panda"nın qrafikliyi, "kvadrat"ın azadlığı və ya tünd rəngli titanın təmkin dolu gücü – "TAG Heuer"də hamı hər saniyənin öz mənasının olduğu özünəməxsus ritmini tapacaq.
"Italdizain" şirkəti "TAG Heuer" brendinin Azərbaycan ərazisindəki eksklüziv distribütorudur.
"TAG Heuer" saatlarını aşağıdakı ünvanlar üzrə
"Royal Collection" butiklərində əldə etmək olar:
Azərbaycan, Bakı şəhəri,
28 May küç.,
4; Niyazi küç, 5B
və Əziz Əliyev küç., 3.
Əlaqə nömrələri: +994 (12) 498-00-53, +994 (12) 492-76-42.
"Tag Heuer" brendi və onun kolleksiyaları haqqında ətraflı məlumatı aşağıda qeyd olunan saytdan əldə edə bilərsiniz:
https://italdizain.az/brands/tag-heuer