"GINORI 1735" TƏQDİM EDİR: "FLORENZA: ÇƏRÇİVƏLƏRƏ SIĞMAYAN BAĞ"

"GINORI 1735" TƏQDİM EDİR: "FLORENZA: ÇƏRÇİVƏLƏRƏ SIĞMAYAN BAĞ"

SET_04_GINORI_FLORENZA_0056.jpg

"Ginori 1735" təbiəti tamamilə fərqli bir rakursdan – daha yaxından, daha spontan və daha səmimi şəkildə kəşf etməyə dəvət edən yeni süfrə ləvazimatları və ev dekorasiyası kolleksiyası olan "Florenza"nı təqdim edir. Bu, hüdud və çərçivələrdən azad olan, işıq və fəsillərin ahəngi ilə nəfəs alan bir bağdır. 

"Florenza" heç bir nizama tabe olmadan, özbaşına boy atan yabanı çiçəklərdən ilham alır. "Çərçivələrə sığmayan bağ" gündəlik həyatdakı təbiiliyin heç bir qəlib və məhdudiyyətə sığmayan təntənəsidir. Burada əlçatanlıq və çoxşaxəli zəriflik bir-birinə qarışır. 

"Florenza" adı təbii bitki örtüyünün heç vaxt təşkil olunmadığı, sadəcə özünəməxsus bir məntiqlə qəfildən peyda olduğu Florensiya təpələri ilə dərin mənəvi bağlılığı özündə yaşadır. Məhz bu fəlsəfədən yola çıxaraq çiçək motivlərini müasir üslubda yenidən şərh edən, süni bəzəklərdən uzaq, sadə və səmimi bir dillə təbiətin poeziyasını tərənnüm edən bir kolleksiya ərsəyə gəlir.  

"Florenza" kolleksiyasında çiçək bütövlüyü ilə deyil, sadəcə keçici anı ilə təcəssüm olunur. Burada hər fraqment hərəkəti əks etdirir – boşqabın kənarına yüngülcə toxunan bir ləçək, qismən görünən bir yarpaq və instinktiv bir jesti izləyirmişcəsinə təsir bağışlayan rəngli fırça izi. Bu, ənənəvi çiçək naxışı deyil, daha yaxına gəlmək, detalları əks etdirmək və onlardan vəcdə gəlmək üçün bir çağırışdır. 

Bir-birini tamamlayan iki fərqli interpretasiya ilə kolleksiyanın kimliyini daha da zənginləşdirən rəng hekayəsi məhz bu konsepsiyadan ortaya çıxır. 

"Verde Acanto" təbiətin ən rəvan və ən mürəkkəb ölçüsündən söz açır: klassik ənənədən irəli gələn akantus yarpaqlarından və Toskananın təbii bitki örtüyündən ilhamlanmış, tarixən istifadə edilən torpaq çalarlı botanika yaşılı. Süfrəyə harmoniya və dərinlik bəxş edən təbii, eyni zamanda kübar bir rəng. 

"Rosa Malva" isə mənzərənin ən işıqlı və parlaq qismini vəsf edən, ona təravətli, müasir və son dərəcə zəriflik qatan mərcanı-yasəmən çalarının toxunuşunu daşıyan yumşaq, yüngülcə dumanlı çəhrayı rəngdir. Bütün bunlar günəşli cığırları bəzəyən yabanı əməköməci çiçəklərinin incəliyini xatırladır. 

Kolleksiya iki təzadlı, lakin bir o qədər də ahəngdar intensivliyin qarşılıqlı oyununa əsaslanır – formanı xarakter və dərinliklə əhatə edən dolğun rəngli kompozisiyalar sadə botanik ştrixlərlə rövnəqlənmiş ağ fonlu incilərlə yanaşı təqdim edilir. Onların bu dialoqu ritm, nəfəs və vizual azadlıq yaradaraq süfrəni fərdi hissiyyata və daim dəyişən estetik baxışa uyğun tərtib etməyə dəvət edir. 

"Ginori 1735" eleqantlığına sadiq qalan "Florenza" kolleksiyası müasir çini sənətinə yeni rakursdan yanaşır və hər kəsi gözəlliyi ən saf təcəssümündə duymağa dəvət edir. 

Ünvan: "Ambiance" butiki, Azərbaycan, Bakı, 28 May küçəsi, 5A.  

Əlaqə telefonu: +994 (12) 498-62-94 

"Ginori 1735" Azərbaycan ərazisində eksklüziv olaraq "Italdizain" tərəfindən təmsil olunur. Brend və onun kolleksiyaları barədə daha ətraflı məlumat əldə etmək üçün https://italdizain.az/brands/ginori veb-səhifəsini ziyarət edə bilərsiniz.