"Haviland"ın yeni "Cavalier Royal" kolleksiyasında minicilik estetikası və azadlığı.

"Haviland"ın yeni "Cavalier Royal" kolleksiyasında minicilik estetikası və azadlığı.

"Haviland"ın yeni "Cavalier Royal" kolleksiyasında minicilik estetikası və azadlığı.


Əfsanəvi Limoj çini istehsalçısı Haviland evindən yeni kolleksiya – Cavalier Royal. Əsası hələ 1842-ci ildə qoyulmuş emalatxananın dizaynerləri tətbiqi sənət və minicilik arasındakı çoxəsrlik tarixi əlaqəyə dəfələrlə müraciət ediblər. Bu dəfə onlara safqan Əndəlüs atlarının nəcibliyi və təbii məlahəti, eləcə də İspaniyanın ən mənzərəli şəhərlərindən biri olan Sevilyanın bədii irsi ilham verib.


Haviland ustaları sizi bu möhtəşəm heyvanların gözlənilməz ekspressiv enerjisi ilə əsrlər əvvəl mavritan və ispan memarları tərəfindən yaradılmış memarlıq formalarının qüsursuz həndəsi tarazlığı arasındakı kontrastdan zövq almağa dəvət edirlər. Cavalier Royal kolleksiyasının boşqab, nəlbəki, fincan və digər məhsullarının fon dekoru və haşiyə ornamenti zoğalı, qəhvəyi, bej və qızılı elementlərin dəqiq, harmonik ritmində düzülmüş simmetrik arabesk və ya mozaikaya bənzəyir. Bu naxış xromolitoqrafiya üsulu ilə tətbiq edilir və əl ilə zərvurma texnikası ilə işlənir. Stilizə edilmiş tağ formaları dizayna daha çox dinamizm qatır. Kolleksiyanın mərkəzi elementi Sevilya memarlığı üçün xarakterik olan, növbələşən itiuclu və dairəvi şüalara malik səkkizguşəli ulduzdur. Bu ulduzun mərkəzində, kartuş çərçivəsinə bənzər şəkildə, qızılı naxışlarla zəngin şəkildə bəzədilmiş qırmızı çullu, yorğa yerişli Əndəlüs atının təsviri yer alır – həqiqətən də krallara layiq bir at. Bu motiv Cavalier Royal kolleksiyasının müxtəlif elementlərində əks olunur: çaydanda monoxrom qabarıq naxış kimi, süd-sous qabında və fincanların dib hissəsində kontrastlı qara siluet kimi, vazada isə qızılı ornament kimi. Boşqab, salat qabı, kasa və qəndqabıların kənarını əhatələyən nazik qızılı haşiyə, yorğa yerişli at təsviri olan incə bir lenti xatırladır. Kolleksiya iri təqdimat boşqabı və dərin salat qabından tutmuş piyalələrə, desert və çörək boşqablarına qədər müxtəlif süfrə elementlərini əhatə edir. Qəhvə və çay dəsti isə çaydan, süd-sous qabı, fərqli ölçülərdə nəlbəkili fincanlar, eləcə də tort və digər qənnadı məmulatlarının təqdimatı üçün eleqant dayaqlı altlıqdan ibarətdir. Haviland-ın təxminən iki əsrlik təcrübəsinə söykənən düşünülmüş dizaynı və qüsursuz çini keyfiyyəti restoran biznesi peşəkarlarının, interyer dizaynerlərinin, kolleksiyaçıların və klassik dizayn üslubunda olan, həm funksional, həm də estetik dəyər daşıyan əşyalara üstünlük verən hər kəsin diqqətini cəlb edəcəkdir.

Limoj çini istehsalçısı Haviland evinin Cavalier Royal kolleksiyası artıq Ambiance butikində təqdim edilir: Azərbaycan, Bakı, 28 May küçəsi, 5A.
Əlaqə nömrəsi: +994 (12) 498-62-94
"Haviland" şirkətinin Azərbaycandakı rəsmi distribütoru "ITALDIZAIN" şirkətidir.
"Haviland" brendi və onun kolleksiyaları haqqında ətraflı məlumatı aşağıda qeyd olunan saytdan əldə edə bilərsiniz: https://italdizain.az/brands/haviland