"Leo Pizzo"nun zinət əşyalarında "Yeddi gözəl": opera, dəb və zərgərlik sənətinin harmoniyası
İtalyan zərgərlik brendi "Leo Pizzo" 22 sentyabr tarixində Heydər Əliyev Mərkəzi tərəfindən təşkil edilmiş və dünya musiqi səhnəsinin yeddi opera divasını bir araya gətirmiş "Yeddi gözəl" opera konsertinin baş sponsoru qismində çıxış edib.
Konsertdə beynəlxalq səviyyədə nüfuz qazanmış ifaçılar, dünyanın aparıcı opera səhnələrinin arzulanan qonaqları iştirak edib. Stanislavski və Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının solisti Anastasiya Çernovolos, Azərbaycanın Əməkdar artisti və “Helikon-opera” Moskva Musiqili Teatrının dəvət olunmuş solisti Elnarə Məmmədova, Rusiyanın “Bolşoy Teatr”ının solisti Jalə İsmayılova, Özbəkistanın Əməkdar artisti və Mariinski Teatrının və Milanın “La Skala” Teatrının dəvət olunmuş solisti Şirin Mamatova, həmçinin beynəlxalq müsabiqələr laureatı Yana Melikayeva, Mariinski Teatrının solistləri Yekaterina Sannikova və Yuliya Süleymanova da qonaqlar arasında idi.
Gecənin konsert proqramı Azərbaycan, Rusiya, BƏƏ, İtaliya və İsveçrədən qonaqları bir yerə toplayıb. Dəvətlilər arasında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin, dost ölkələrin səfirliklərinin nümayəndələri, o cümlədən "Leo Pizzo" zərgərlik brendinin rəsmi distribütoru olan "Italdizain" şirkətinin dostları və tərəfdaşları var idi. Proqramda dünya və Azərbaycan operalarının ariyaları təqdim edilib. Opera səhnəsinin ulduzları Mustafa Mehmandarovun rəhbərliyi ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti altında çıxış ediblər. "Leo Pizzo"nun zərif zinət əşyaları musiqili gecənin dəbdəbəli və nəzərəçarpan vurğusuna çevrilib. Yeddi solistin hər birinin səhnə obrazı üçün həm bel-kantonun vətəni, həm də dəbdəbəli, kübar tədbirlərin təmtəraqlı ab-havası ilə stilistik bağlılığı olan "Venezia" və "Gala" kolleksiyalarının zərgərlik məhsulları seçilib. Tədbir boyunca "Leo Pizzo" brendinin ən poetik və zərif kolleksiyalarına aid zinət əşyaları nümayiş etdirilib. Onlar arasında dəbdəbəli və füsunkar obrazlar qarşısında zərif reveransa çevrilən "Diva", onsuz teatr səhnələrinin ab-havasının təsəvvürəgəlməz hala gəldiyi, Qədim Roma mifologiyasının çiçək ilahəsinə ithafa çevrilmiş "Flora", şövq və ilhamın gətirdiyi başgicəllənməsini təcəssüm etdirən "Vertigo"ya rast gəlmək mümkün idi.
"Yeddi Gözəl" konserti üçün geyimlər "SULTANCOUTURE" brendinin təsisçisi, milli motivlərlə müasir dəbin ahəngini yaradan zərif modelləri ilə məşhurlaşmış azərbaycanlı dizayner Orxan Sultan tərəfindən hazırlanıb.
Bu xüsusi gecədə opera, dəb və yüksək zərgərlik sənəti qonaqlara təkrarsız təəssüratlar bəxş edən təbii trioya çevrilib. Üç incəsənət sahəsinin sintezi müasir dəbdəbənin fəlsəfəsini ortaya qoyaraq çoxcəhətli, ifadəli və parlaq əks-səda yaradıb.
"Leo Pizzo" brendinin məhsulları ilə aşağıdakı ünvanlarda yerləşən "Royal Collection" butiklərində tanış ola bilərsiniz: Azərbaycan, Bakı, 28 May küçəsi, 4 və Niyazi küçəsi, 5B.
Əlaqə nömrələri: +994 (12) 498-00-53, +994 (12) 492-76-56.