"MIDI SOLAIRE": Cənub yayı günəşin zenitdə olduğu vaxt

"MIDI SOLAIRE": Cənub yayı günəşin zenitdə olduğu vaxt

"Yves Delorme"nin yaz-yay kolleksiyası Fransa mənzərələrinin dinclik dolu gözəlliyindən və günəşin bəxş etdiyi rahat, isti səadətdən ilhamlanıb 


Dinclik, qayğısızlıq, varlığın yüngüllüyündən alınan həzz – günəş dolu yay əhvali-ruhiyyəsi kolleksiyada ifadəli, cingiltili və parlaq səslənir. "Yves Delorme"nin yaz-yay kolleksiyası cənub yay fəslinin dörd süjeti, dörd rəng palitrası və dörd əhvalıdır.  

"ÈZE", "GAURA", "ORCHEDÈE" və "VILLA" – hər biri evi öz əhvalına qərq etməyə qadir olan dörd xoşbəxt yay fəsli ssenarisi. Məhz ev hər bir insanın güc topladığı əsas yerdir. Çünki evin divarları arasında insanın şəxsi və yaradıcı potensialı meydana çıxır, enerjisi və daxili harmoniyası bərpa olunur. 

Bu kolleksiyaya yataq dəstləri, örtüklər, dekorativ yastıqlar və pledlər, hamam dəsmalları və xalatlar daxildir. 

"ÈZE" xətti bizi Lacivərd sahilin ecazkar formalara malik nadir güllərin kaktuslarla yanaşı gəldiyi ətirli, ekzotik bağçalara aparır. Bu xəttin materialı kimi, orqanik pambıqdan olan sətin parça seçilib.  

"GAURA" xəttinin əhvali-ruhiyyəsini incə bağça çiçəkləri və kəpənəklərin təbii zərafəti müəyyən edib. Xəyali təəssürat bağışlayan bitki naxışları pambıq perkal üzərində zərif və incə görünür. 

"VILLA" xətti Lacivərd sahilin arxitektur irsindən ilhamlanıb. Bəyaz rəngli pambıq sətin lakonik ornamentlə – bej və nanə yaşılı çalarlı "bourdon" dekorativ haşiyəsi şəklində tikmə naxışla bəzədilib.  

"ORCHIDÉE" xəttindəki incə qrafik təsvir ekzotik çiçəyin nəcib estetikasını animalistik ştrix ilə – yabanı pişiklərin izi ilə təcəssüm etdirir. Məhsullar orqanik pambıqdan hazırlanıb.  

Kolleksiyanı yataq dəstlərinin iki xətti tamamlayır. "PATIO"da cənub villalarının sakit dəbdəbəsi səslənir. Jakkard hörmənin motivləri mürəkkəb şərq florasına istinad edir. Kolleksiya orqanik pambıqdan hazırlanıb. "ÉCUMES" dəstlərinin əhvali-ruhiyyəsi küləyin hənirtisi ilə suyun tərpənişindən hörülüb. Jakkard hörmə, Dəməşq naxışı, orqanik pambıqdan sətin.  

Evin interyerində onun sahibinin şəxsiyyəti, zövqləri və estetik alışqanlıqları, xarakteri və sevimli məşğuliyyətləri, həmçinin əlbəttə ki, həyat tərzi və dünyaya baxışı özünü büruzə verir. Brendin yeni yay kolleksiyasını öz dizaynerləri üçün bir il əvvəl ilham mənbəyi olmuş məkanda – məşhur fransız yazıçısı və jurnalisti Bricit Benkemunun villasında təqdim etməsi simvolik məna daşıyır. Sahibəsi öz heyrətamiz evinin tarixçəsini "La Villa" adlanan eleqant nəşrdə təsvir edib. Bu, gözəl məkanlar yaratmaq sənətindən və hər ana sevinərək həmin məkanlarda həyatdan zövq almaq bacarığından bəhs edən ilhamverici bir hekayədir. Mənzərəli interyer fotoşəkilləri, ev və tarixi yaddaş barədə dərin düşüncələr, dizayn və əşyaların yerləşməsi ilə bağlı detalları, müdrik təcrübə dolu şəxsi hekayələr – villa oxucu qarşısına xasiyyətə dair xüsusi cəhətlərə və öz həyat yoluna malik bir şəxsiyyət kimi çıxır. 

Yüksək sənətkarlığın zərif estetika və müdrik həyat fəlsəfəsi ilə ahəng təşkil etdiyi "art de vivre"ə, yəni həyatla bağlı həqiqi fransız yanaşmasına malik kolleksiyada yeni bir motiv – rahat yuxuya dair qayğı səslənir. 

"Yves Delorme" çarpayı və döşəklərinin ilk kolleksiyası brendin yeni missiyasının simvoluna çevrilib: yataq dəstləri ilə döşəklərdən tutmuş adyallara və pijamalaradək yalnız tam bir ansanblın hərtərəfli bərpaedici istirahət bəxş etməyə qadir olması ilə bağlı bir əminlik var. Vizual estetika, yüksəksəviyyəli "savoir-faire" ustalığı, təbiilik və komfort yuxu sənətinə dair vahid fəlsəfəni həyat sənətinin ayrılmaz bir parçası kimi formalaşdırır. 

"Yves Delorme" ilə "Maison de la Literie" sənətkarları arasındakı ittifaqda yeni bir istiqamət reallaşdırılır.  

Bu əməkdaşlığın əsasında təbii materiallara, müstəsna komforta və dərhal bilinən dəbli tərzə dair qeyd-şərtsiz tələblər durur. 

"Yves Delorme" öz şanlı tarixinin yeni bir səhifəsində İtaliya brendi "Mascioni" ilə əməkdaşlığının 30 illiyini qeyd edir. Artıq üç onillikdir ki, Fransa brendi parçaların incə və filiqran dəqiqliyi ilə çap sənətini Kuviodan olan bacarıqlı ustalara etibar edir. Gözəlliyin yaratmaq prosesi olduğuna dair əminlik və yaradıcı fəlsəfə iki brendi doğmalaşdırır.  

1950-ci illərin sonunda şimali İtaliyada təsis edilmiş "Mascioni" şirkəti texniki mükəmməllik ilə ifadəli, zərif estetika arasında bacarıqlı tarazlıq sayəsində ad qazanıb. Hazırda "Mascioni" tekstil çapı aləmində, haqlı olaraq, trendləri müəyyən edən brendlərdən biri hesab edilir. Hazırda "Mascioni" yüksək dəb və yüksək keyfiyyət simvoludur. Şirkətin tərəfdaşları arasında ən adlı-sanlı dünya brendləri var ki, onlar kreativ həllərin zərafətinə və ən yaxşı Avropa ənənələrinə malik olan mükəmməl sənətkarlıq səviyyəsinə dəyər verirlər. 

"Yves Delorme" üçün "Mascioni" ilə əməkdaşlıq "savoir-faire" dəyərlərinə sədaqətin ayrılmaz bir parçasıdır: brendlər öz gücünü birləşdirərək elə cəsarətli və parlaq bədii fikirləri həyata keçirir ki, burada rəng və işıq özünün ən incə və zərif təzahüründə meydana çıxır.

Hər bir kolleksiya "Yves Delorme" dizayn studiyası ilə "Mascioni" ustaları, təsvir və çap, ilhamlanma və interpretasiya arasında baş tutan diqqətli dialoq nəticəsində doğulur. Birgə yaradıcılığın nəticəsi olaraq, elə məhsullar ortaya çıxır ki, burada müasir dövrün səsi və estetikası səslənir, bədii və sənətkarlıq ənənələrinin nəsildən-nəslə ötürülməsi həyata keçirilir. Bu ittifaqın arxasında mədəni irsə qayğıkeş yanaşma, səmimi və dərin ilhamlanma, ustalıq üsullarının mükəmməlləşdirilməsi və tükənməz yaradıcı potensial kimi şərəfli tarix, qarşısında isə parlaq gələcək durur. 

Bakıda, 28 May küçəsində yerləşən "Yves Delorme" butikində yataq və vanna otaqları tekstilinin, eləcə də ev xalatlarının geniş çeşidi təqdim edilir. Burada həmçinin yeni mövsümün kolleksiyaları ilə tanış olmaq mümkündür ki, onlar da brendin tərzinin xüsusi istiqamətini təcəssüm etdirir. "Yves Delorme" tekstil brendini Azərbaycanda onun rəsmi distribütoru – "Italdizain" şirkəti eksklüziv olaraq təmsil edir. "Yves Delorme" və onun kolleksiyaları haqqında ətraflı məlumatı aşağıda qeyd olunan saytdan əldə edə bilərsiniz: https://italdizain.az/az/brands/yves-delorme

Ünvan: Azərbaycan, Bakı şəhəri, 28 May küçəsi, 26.  

Əlaqə nömrəsi: +994 (12) 493-13-34