"Swarovski" brend hekayəsini öz pərakəndə satış nöqtələrinin dizaynına sehrli bir nəfəs gətirərək inkişaf etdirməyə davam edir. Bütün dünya üzrə tətbiq edilən yeni butik konsepsiyası çərçivəsində aparılan bu qlobal transformasiyanın ən son nümunələrindən biri 18 sentyabr tarixində qapılarını müştəriləri üçün açan "Gənclik Mall"dakı yenilənmiş "Swarovski" butikidir.
YENİ PƏRAKƏNDƏ SATIŞ MƏKANIMIZA XOŞ GƏLMİSİNİZ!
İnsanın təxəyyülünü canlandırmaq üçün dizayn edilmiş, "Gənclik Mall"da yerləşən yenilənmiş "Swarovski" butiki, bir tərəfdən, büllurun gözqamaşdırıcı gözəlliyinə ehtiramını bildirir, digər tərəfdən də, Bakı şəhərinin valehedici cazibəsini özündə əks etdirir.
Azərbaycanın ən nüfuzlu alış-veriş mərkəzlərindən birinin tən ortasında yerləşən 70 kvadratmetrlik bu butik kristal istehsalında əvəzolunmaz element sayılan suyun həyatverici gücünü təcəssüm etdirən, həyat eşqi ilə dolu "Swarovski" mavisinə bürünüb.
Butikin işıqlı və lüks ab-havası müştəriləri 130 illik böyük bir tarixə malik Avstriya brendini səciyyələndirən yaradıcılıq, misilsiz sənətkarlıq və zəriflik dünyasına qərq edir.
Müştərilər butikə daxil olan kimi "Swarovski"nin bəzək əşyaları, saatlar və ev dekorasiyasından tutmuş eynək və süfrə ləvazimatlarına qədər geniş çeşiddə təqdim olunan, ekstravaqant və sevinc bəxş edən kolleksiyalarını kəşf edə bilərlər.
İkonik "Swarovski Swan"in rəmzi altında brendin yeni vizual kimliyini nümayiş etdirən bu məkan ziyarətçiləri kristal xəzinələrlə yaxından tanış olmağa dəvət edir.
Yeni konsepsiyanın ən diqqətçəkən cəhətlərindən biri məhsulların nümayişinə dair açıq yanaşmadır. Əvvəlki konsepsiyada tətbiq olunan ənənəvi qapalı şüşə vitrinlərdən imtina edilərək bəzək əşyalarının artıq tamamilə açıq şəkildə sərgilənməsi həyata keçirilir ki, bu da müştərilərə kolleksiyaları daha sərbəst nəzərdən keçirmək və məhsullarla öz istədikləri tempdə tanış olmaq imkanı verir.
Belə bir yanaşma məhsulların ətraf məkanın ayrılmaz bir hissəsinə çevrilməsini təmin edərək müştərilər üçün daha səmimi və interaktiv bir təcrübə formalaşdırır.
"Gənclik Mall"dakı "Swarovski" butikində gözoxşayan metallik işləmələr və şüşə elementlər xrom və ipək toxunuşlarla ecazkar vəhdət yaradır. Məhsul və naxışların nəfəskəsən harmoniyasını təşkil edərək divarları bəzəyən çoxsaylı səkkizbucaqlılar isə sanki kristalın bənzərsiz sehrinə bir mədhiyyədir.
Duyğuları oxşayan, kəşf və özünüifadəyə ilham verən, "Gənclik Mall"da yerləşən "Swarovski" müştərilərə sehrlə və xüsusi anlarla dolu bir dünya vəd edir.
Azərbaycanda "Swarovski" Bakıda yerləşən butikləri vasitəsilə təmsil olunur və ziyarətçilərə brendin ən yeni bəzək əşyalarını, aksesuarlarını və ikonik kristal əsərlərini kəşf etmək imkanı yaradır. İnnovativ dizaynı misilsiz sənətkarlıqla qovuşduran "Swarovski" özünəməxsus parıltısını müasir moda və həyat tərzinə aşılamağa davam edir.
"Swarovski” kolleksiyalarını butiklərimizdə kəşf edin:
Swarovski butiki, Hüseyn Cavid prospekti, 22
+994 (12) 510 91 35 / +994 (50) 306 34 13
Swarovski Gənclik Mall, 14 Fatalikhan Khoyski Street
+994 (12) 599 15 53 / +994 (50) 471 47 89
Swarovski Dəniz Mall, Mikayil Useynov Ave 26b
+994 (12) 599 14 66 / +994 (51) 201 92 86
“Italdizain” Azərbaycanda “Swarovski” brendinin eksklüziv distribütorudur. "Swarovski" brendi və kolleksiyaları barədə ətraflı məlumat əldə etmək üçün veb-saytımıza daxil ola bilərsiniz: https://italdizain.az/ru/brands/swarovski


