Məşhur italyan çini məhsullar və dekor əşyaları brendi "Ginori 1735" Bakıda yerləşən "Ambiance" butikində artıq təqdim edilir.
1735-ci ildə markiz Karlo Cinori Florensiya yaxınlığında çini istehsalı üzrə "Doccia" manufakturasının əsasını qoymuş, sonradan da manufakturaya onun adı verilmişdir. XIX əsrdə brend öz layiqli qiymətini almaqda idi: Pittoriya emalatxanalarında orijinal çini predmetlər məşhur fransız rəssamlarının eskizləri üzrə təsvirlərlə hazırlanırdı. 1923-cü ildə şirkətin art-direktoru Co Ponti oldu və bu vəzifədə 1933-cü ilədək qaldı: "Co Pontinin onilliyi" brendin yeni yaradıcılıq erasına çevrildi və Parisdə keçirilən beynəlxalq sərginin "Qran-pri" mükafatını qazanması ilə böyük nailiyyət əldə etdi. 1950-ci illərdə dizayner Covanni Qariboldi öz "Colonna" kolleksiyası ilə prestijli "Compasso d’Oro" mükafatını qazandıqda bu uğurun təsadüfi olmadığını göstərdi. 2013-cü ildən bu brend nüfuzlu beynəlxalq holdinq olan "Kering Group"un tərkibinə daxildir.
Az qala, üç əsrdir ki, "Ginori 1735" brendi italyan üslubunun və bənzərsiz keyfiyyətin təcəssümü olaraq qalır, lüks seqmentli çini dizaynı və istehsalında aparıcı mövqelərdən birini tutur. Brend tanınmış dizaynerlər, modelyerlər, rəssamlar, memarlar, dekoratorlar və kino sənayesi nümayəndələri ilə aktiv şəkildə əməkdaşlıq edib və edir. Onların arasında predmetlər üzrə dizaynerlər Akille Kastilyoni, Ancelo Mancarotti, Luka Niketto, Konstans Qisse, rəssam və dekorator Lük Edvard Holl, eləcə də "Gucci" italyan moda evinin keçmiş kreativ direktoru, məşhur modelyer Alessandro Mikelenin adlarını çəkmək olar.
"Ginori 1735" şirkəti ənənə və innovasiyaları birləşdirərək çini və büllurdan qab-qacaq kolleksiyaları, çəngəl-bıçaq dəstləri, art-obyektlər, suvenirlər, mebel və interyer dekoru predmetləri, lampalar, parçalar istehsal edir, o cümlədən qonaqpərvərlik sferasında "Cafè Ginori" konsepsiyası daxilində layihələr realizə edir. Tac – "Ginori 1735" brendinin loqotipi – brendin əsasının qoyulduğu andan etibarən onun fəlsəfəsinin bünövrəsini təşkil edən incəsənətin və sənətkarlığın sinerjisinin əfsanəvi simvoluna çevrilib. Florensiyada yerləşən "Manifattura Ginori 1735" çoxəsrlik bədii ənənələrin qabaqcıl texnologiyalar sayəsində aktiv şəkildə inkişaf etdiyi unikal istehsalat sahəsidir. "Ginori 1735" – müasir İntibahın təcəssümü, yüksək incəsənət və həyatın gündəlik sevinclərinin ahəngi. Brendin üslubu dövrümüzün rəssam və vizyonerlərinin yeni yanaşmasını onların yaradıcı tərzi və orijinal müəllif dəst-xətinin bütün müxtəlifliyi ilə təcəssüm etdirir.
"Ginori 1735" kolleksiyasının hər bir predmetinin ərsəyə gətirilməsi bir sıra mərhələləri ehtiva edir: hər şey müəllif eskizindən və formanın əl ilə hazırlanmasından başlayır, sonra tökmə, şirləmə və 1400°C-dək temperaturda çoxsaylı alovla işlənmə həyata keçirilir. Bunun ardınca predmetlərə əl ilə rəsm təbii piqmentlər, qızıl və platinlə çəkilir, sənətkarlıq və sənaye metodlarından istifadə edilərək dekor vurulur. "Ginori 1735"-in bütün məmulatları çox ciddi keyfiyyətə nəzarət prosesindən keçir: satışa yalnız tamamilə qüsursuz məhsullar çıxarılır.
"Ginori 1735"-in geniş distribütor şəbəkəsinə Florensiya, Milan, Paris, Seul və Londonda çoxbrendli butiklər, prestijli univermaqlarda köşələr, məsələn, "Harrods London"da və Avropa, Amerika, Yaxın Şərq və Asiya-Sakit okean regionundakı 40-dan çox ölkənin xüsusi multibrend mağazaları daxildir. Bakıda yerləşən "Ambiance" butiki də indi onlar arasındadır. "Ginori 1735" lüks seqmentə aid olan bir neçə hotel şəbəkəsi və "Michelin" ulduzu almış çoxsaylı zərif restoranlar ilə tərəfdaşlıq əlaqələri saxlayır. Brendin şəxsi elektron kommersiya kanalı dünyanın 30-dan çox ölkəsini əhatə edir.
"Ginori 1735" çeşidləri arasında təqdim edilən kolleksiyalar arasında "Oriente Italiano"nun adını çəkmək olar. Bu kolleksiyada brendin rəng, forma və ornamentlə işi xüsusilə nəzərəçarpandır. Kolleksiyanın yemək, çay və qəhvə servizlərindən tutmuş art-obyektlərə və ev üçün aksesuarlara qədər bütün elementləri ekzotik Şərq elementləri və incə işlənmiş klassik formalara, rəssamın azad özünüifadə tərzinə, ustalığın yüksək səviyyəsinə malik Avropa üslubu ilə orijinal ahəngini nümayiş etdirir. Kolleksiyanın dərhal bilinən xüsusiyyəti ənənəvi "a Garofano" çiçək motividir. Bu motiv Şərq islimi işləmələri (arabesk), İtaliyanın Faentsa şəhərinin əfsanəvi keramikası və qızıl suyuna salınmış diqqətçəkən elementlərdən ilhamlanıb.
"Oriente Italiano" ilə yanaşı, "Ginori 1735" digər kolleksiyaları da təqdim edir ki, onlar brendin tarixi ərzində müxtəlif dövrlərdə formalaşıb. Onlar arasında "Labirinto", "Catene", "Diva", "Il Viaggio di Nettuno" və digər kolleksiyaların adını çəkmək olar. Hamısı birlikdə "Ginori 1735"-in fəlsəfəsini, onun "DNT"-sini – eleqant zəriflik və yaradıcı azadlığın ahəngini əks etdirir. Bu yaradıcı azadlıq sənətkarlıq ənənələrinə, İtaliyanın zəngin bədii və mədəni irsinə, qüsursuz zövqə, eləcə də dizayna müasir baxışa, rəng qamması seçimində cəsarətə və klassik forma və çalarların müasirlik prizmasından yenidən təfsirinə əsaslanır. Bu cür yanaşma "Ginori 1735"-in xüsusi bədii dilini formalaşdırır – zamanın fövqündə, yenilikçi və vizyoner.
"Ginori 1735" brendinin Azərbaycandakı eksklüziv nümayəndəsi "Italdizain" şirkətidir.
Ünvan: Azərbaycan, Bakı, 28 may küçəsi, 5A.
Əlaqə nömrəsi: +994 (12) 498-62-94
"Ginori 1735" brendi və onun kolleksiyaları haqqında ətraflı məlumatı aşağıda qeyd olunan saytdan əldə edə bilərsiniz: https://italdizain.az/brands/ginori


