Bakının tarixi məhəlləsində üçüncü "Royal Collection" butiki açılıb
24 aprel tarixində saat və zərgərlik sənətinin bütün həvəskarlarına əsl hədiyyə nəsib olub: Bakıda, Əziz Əliyev küçəsi, 3 ünvanında yerləşən tarixi malikanədə "Italdizain" şirkətinin sayca üçüncü "Royal Collection" zərgərlik-saat butiki açılıb.
Tədbir media, diplomatik missiya, tərəfdaş təşkilatlar, Bakının iş və mədəni icmasının nümayəndələrinin dəvət edildiyi kokteyl formatında keçirilib. DJ Inherroom-un musiqili müşayiəti gecənin ab-havasını müəyyənləşdirib. "Italdizain" şirkətinin təsisçilər şurasının nümayəndəsi Elçin Zeynalovun ruhlandırıcı çıxışı "Royal Collection"un özəyində duran səmimiyyət və davamlılıq ideyasını aydın şəkildə ifadə edərək tədbirin mühüm vurğusuna çevrildi. Butikin komandasının məkanın konsepsiyası ilə bağlı canlı hekayəsi bu fəlsəfəni davam etdirdi.
Yeni məkanda İsveçrənin "Omega", "Tag Heuer" və "Breitling" kimi məşhur saat istehsalçılarının kolleksiyaları, Fransanın tanınmış "S.T.Dupont" markasının aksesuarları, İtaliyanın "Pasquale Bruni", "Roberto Coin", "Nanis", "Leo Pizzo", "Utopia" brendlərinin, Fransanın "Messika" və "Dinh Van" zərgərlik evlərinin, eləcə də Britaniyanın görkəmli zərgərlik məmulatları dizayneri Stiven Vebsterin "Stephen Webster" markasına məxsus zinət əşyaları təqdim edilib. Bu zərif seçmə əsl incə iş bilicilərini ilhamlandırmaq, saat sənəti həvəskarlarının könlünü fəth etmək, həmçinin dəbli tərz, dəbdəbə və qüsursuz zövqə, həqiqətən, dəyər verənləri məftun etməyə qadirdir.
"Royal Collection" butikində təqdim edilən əfsanəvi dünya brendlərinin yüksək ustalığı və mükəmməl keyfiyyəti yeni məkanın coğrafi mövqeyini ən gözəl şəkildə vurğulayır. O, butikin konsepsiyasını – nəsillər arasında qırılmaz əlaqəni və mədəni irsə qarşı hörməti özündə əks etdirir. Məhz buna görə Azərbaycanın paytaxtının ən gözəl tarixi malikanələrindən biri "Royal Collection"un dəyərli kolleksiyasının nümayiş səhnəsinə çevrildi. Əvvəlcə Mixaylovskaya, daha sonra Zevin, indi isə Əziz Əliyev adını daşıyan küçədə yerləşən bu dəbdəbəli bina 1890-cı illərdə tikilib.
İlkin olaraq, bu bina XIX əsrin görkəmli azərbaycanlı neft sənayeçilərindən biri, "M.Zeynalov və Ko" neft cəmiyyətinin rəhbəri, ictimai xadim və Bakı Şəhər Dumasının üzvü Sadıx Məşədi Məmməd Zəkiyevin gəlir evi idi. Sahibkar nəinki neftin hasilatı, emalı və ixracı ilə bağlı iş aparır, həm də xeyriyyəçiliklə fəal şəkildə məşğul olurdu: məktəb, xəstəxana və məscidlərin tikintisini maliyyələşdirir, həmçinin öz yüksək ictimai mövqeyi və şəhər dumasının üzvü statusundan istifadə edərək şəhərin iqtisadiyyatı və infrastrukturunun inkişafına əhəmiyyətli töhfə verirdi
Pilyastr, yapma naxışlar, qövsvari pəncərələr, avropasayağı açıq eyvanlar və ənənəvi türksayağı qapalı aynabəndə malik, eklektika üslubunda inşa edilmiş bu üçmərtəbəli, koloritli bina Bakının "neft bumu" dövründəki çiçəklənmə ab-havasını təcəssüm etdirir. Evin həmişə xüsusi nüfuzu olub – burada yaradıcı insanlar və ictimai xadimlər yaşayıblar: opera müğənnisi Zeynəb Yəhya qızı Xanlarova, pianoçu və bəstəkar Fərhad Şəmsi oğlu Bədəlbəyli, məşhur kinooperator Xan Yusif oğlu Babayev, hazırda küçəyə adı verilmiş diplomat Əziz Məmmədkərim oğlu Əliyev.
"Italdizain" şirkəti öz "Royal Collection" butiki üçün məhz bu tarixi malikanəni təsadüfən seçməyib: heç bir şey şirkətin fəlsəfəsinin daim ayrılmaz bir hissəsi olan mədəniyyətlərin qarşılıqlı əlaqəsi və nəsillərarası davamlılıq ideyasını "hekayəsi olan" bu evdən daha gözəl şəkildə özündə əks etdirə bilməz. Zərgərlik və saat sənətinin şedevrləri, məşhur Avropa istehsalçılarının qüsursuz aksesuarları Azərbaycan sahibkarlığının, sözün əsl mənasında, doğulduğu və inkişaf etdiyi, incəsənət əsərlərinə, yaradıcılığa, peşəkarlığa və qədim sənətkarlıq ənənələrinə həmişə dəyər verildiyi divarlarda təqdim edilir.
"Royal Collection" butiki aşağıdakı ünvanda yerləşir: Əziz Əliyev küçəsi, 3, Bakının tarixi mərkəzinin ən məşhur nöqtəsi. Məkan zərgərlik sənətinə, saat ustalığına və detallara qarşı diqqətə dəyər verən hər kəsə açıqdır.
Əlavə məlumat üçün +994 10 256 97 79 telefon nömrəsi ilə əlaqə saxlaya və ya "Italdizain" şirkətinin aşağıda qeyd olunan rəsmi saytına daxil ola bilərsiniz: https://italdizain.az/