Air de Lalique": Bakıda "Lalique" brendinin yeni kolleksiyası təqdim edilib
23 aprel tarixində "Fluxus Space"də "Lalique" fransız brendinin dekorativ obyektlərdən ibarət yeni kolleksiyasının təqdimatı baş tutub. Tədbir "Lalique" brendinin Azərbaycanda rəsmi distribütoru olan "Italdizain" şirkəti ilə birgə təşkil edilib.
Air de Lalique" – "Lalique" brendinin bədii cəhətdən təcəssüm etdirilməsi ən qəliz mövzulardan biri olan hava ünsürünə müraciət etdiyi kolleksiya Bakıda təqdim olunub. Onu birbaşa olaraq həkk etmək mümkün deyil, lakin forma, işıq, parçanın hərəkəti və büllur üzərində iş vasitəsilə ötürmək mümkündür.
Təqdimat 23 apreldə "Fluxus Space"də keçirilib. Gecə klassik təqdimat şəklində deyil, hər bir elementin kolleksiyanın ideyasına dəstək verdiyi tam vizual mühit kimi qurulması ilə diqqət çəkib. Yarımşəffaf parçalar, bəzəklər, işıq vurğuları və məkanla bağlı həllər havanın hərəkətinə dair təəssüratı birbaşa dekorasiya ilə deyil, eyham, ritm və faktura dəyişikliyi vasitəsilə yaradıb. Səs müşayiəti və aromatik kompozisiyalar bu ssenarini uçuş, açıq məkan və yaradıcı impuls mövzuları ilə əlaqələndirərək tamamlayıb.
Qonaqlar zalın divarlarına yerləşdirilmiş "Lalique" eskizlərini elə içəriyə daxil olan kimi görüblər. Bu eskizlər təqdimatın bədii kontekstini müəyyən edib və diqqəti hazır məhsuldan onun yaradılma prosesinə – xətlərə, ideyaya, əllərin hərəkətinə çəkib. Gecənin proqramına həmçinin axıcı parçalarla rəqs edən rəqqasənin performansı da daxil olub, müəllif kokteylləri isə hava ünsürü mövzusunu davam etdirib.
İlk zalın başlıca vizual vurğusu üzərinə örtük salınmış və üstündə "Air de Lalique" kolleksiyasının əsas predmetlərinin düzüldüyü dəyirmi masa olub. İkinci zala çiçək kompozisiyaları ilə tamamlanmış "Lalique" güldanları düzülüb. Elə oradaca tədbirə dəvət edilmiş kalliqraf öz işini görüb: o, kolleksiyaya xas palitrada hazırlanmış kağız yelpiklər üzərinə qonaqlar üçün yazılar həkk edib.
"Air de Lalique": hava ünsürü bədii obraz qismində
2026-cı ildə "Lalique" təbiət ünsürlərini araşdırmağa davam edərək hava ünsürünə – hərəkətdə, işığın dəyişilməsində, formanın güclə seziləcək qədər yerdəyişməsində mövcud olan elementə müraciət edir. "Air de Lalique" kolleksiyasında bu ideya öz əksini büllurda – onun şəffaflığında, relyefində, qırçınlarında və səthinin işığı əks etdirməsində tapıb.
Kolleksiya "Lalique" brendi üçün əhəmiyyət daşıyan təbiət mövzusunu inkişaf etdirir, lakin bu zaman əzbərlənmiş formada kopiyalamır. Burada hava fona deyil, büsbütün bədii obraza çevrilir. Onun varlığı predmetlərin plastikasında, hərəkətin oyatdığı təəssüratda, bir də ki, büllurun işığı əks etdirməsində sezilir.
Kolleksiyanın palitrası şəffaf büllur, mərcan çalarlı patina və əl ilə vurulmuş, çəhrayıya çalan zərvərəq üzərində qurulub. Bu çalarlar qürub çağının dəyişkən işığına, eləcə də işıq, parıltı və əkslər sayəsində havanın, demək olar, sezilmədiyi o ana istinad edir.
Kolleksiyanın əsas predmetləri
"Alizé" güldanları
"Alizé" güldanlarının heykəltaraşlıq xətləri yüksək dəbə xas plisse və qırçınlara istinad edir. Səthin relyefi hərəkət təəssüratı yaradır: forma sanki küləyin təsiri ilə dəyişir. Zərvərəqli variantlar bir neçə ölçüdə təqdim edilir: ortaölçülü dekorativ obyektlərdən tutmuş daha iriölçülü interyer vurğularınadək.
"Alizé" qabı
"Alizé" qabının geniş forması elə həmin plastik motivi davam etdirir. Üç büllur dəstək predmeti vizual olaraq ucaldır, beləcə, yuxarıya doğru xəfif hərəkət təəssüratı yaradır. Büllurun əyrilərində əks olunan işıq səthin ritmini vurğulayır və predmeti kompozisiyanın müstəqil mərkəzinə çevirir.
"Piou-Piou"
"Piou-Piou" fiqurları hava və uçuşun ən bariz simvollarından birinə – quş obrazına istinad edir. Onların silueti cəmi bir neçə dəqiq xətlə tamamlanıb: korpus əyrisi, qanad, dimdik və duruş. Bu lakoniklikdə xarakter, hərəkət və azadlıq təəssüratı qorunub saxlanır.
"Air de Lalique" kolleksiyasının bütün predmetləri "Lalique" brendinin bədii və kreativ direktoru Mark Larmino ilə "Lalique Creative Studio"nun müştərək əməyi nəticəsində işlənib-hazırlanıb. Kolleksiya Rene Lalikin irsi ilə aparılan dialoqu davam etdirir və təbiət motivinin müasir predmet dizaynı vasitəsilə yenidən interpretasiya edilə bilməsini göstərir.
"Air de Lalique" – hərəkətdən, işıqdan və büllurun, adətən, görünməz qalan nəsnələri ötürə bilmək qabiliyyətindən bəhs edən kolleksiya. Burada hava bədii ifadə üçün materiala, hər bir predmet isə təbiət, sənət və formaya dair daha geniş tarixçənin bir parçasına çevrilir.
Kolleksiyanın bütün məmulatları 28 May küçəsi, 5A ünvanında yerləşən "Ambiance" butikində artıq təqdim edilir. Əlaqə nömrəsi: +994 (12) 498-62-94 "Lalique" brendi və onun kolleksiyaları haqqında ətraflı məlumatı aşağıda qeyd olunan saytdan əldə edə bilərsiniz: https://italdizain.az/az/brands/lalique


