Təbiət ünsürlərinin gücü və Yerin təkindəki xəzinələr "Lalique"in "TERRAMINERAL"

Təbiət ünsürlərinin gücü və Yerin təkindəki xəzinələr "Lalique"in "TERRAMINERAL"

Təbiət ünsürlərinin gücü və Yerin təkindəki xəzinələr "Lalique"in "TERRAMINERAL" kolleksiyasında.

Təbiət Lalique şirkətinin daimi ilham mənbəyi olaraq qalır. Yeni TERRAMINERAL kolleksiyasında brendin dizaynerləri təbiət ünsürlərinin gücünü öz interpretasiyalarında nümayiş etdiriblər: vulkanın kraterindən maqmanın püskürməsi və lava soyuduqdan sonra relyefin geri dönüşü mümkün olmayan dəyişikliyi. Bu proses büllur sənətinin yaranmasını xatırladır: közərmiş şüşə kütləsi şüşəüfürənin təsəvvür etdiyi formaya düşərək soyuyur – bu, təbiətin incəsənətə çevrildiyi andır.


TERRAMINERAL kolleksiyası üzərində işləyərkən Lalique ustaları 1888-ci ildə manofakturanın yaradılmasından bəri fasiləsiz inkişaf etdirilən mürəkkəb sənətkarlıq texnikalarından istifadə ediblər. Onlar büllurda təbiət qüvvələrinin yerin relyefini dəyişmə sürətini və zamanın onun formalaşmasına təsirini əks etdirməyi bacarıblar. Dizaynerləri yerin dərinliklərində gizlənən nəhəng güc və təbiət qüvvələrinin inanılmaz asanlıqla planetin görünüşünü dəyişmək, qayaların fakturasını yenidən formalaşdırmaq və mineral kristallar kimi qiymətli təbii xəzinələr yaratmaq qabiliyyəti ilhamlandırıb. Vulkanik aktivliyin dinamikasını büllurda əks etdirmək və yer qabığındakı çatları və qırılmaları imitasiya etmək üçün Lalique materialın mat və şəffaf teksturaları arasında kontrastdan istifadə edir və həcmli relyef formaları ilə işləyir. Kolleksiyanın Caldera və Magnitude adları da tektonik proseslərə istinad edir: kaldera vulkanın zirvəsindəki dairəvi çökəklikdir, maqnituda isə zəlzələ zamanı seysmik dalğalar şəklində yayılmış enerjinin ölçüsünü ifadə edir. Şəffaf büllurdan əlavə, dizaynerlər yeni kolleksiyanın vaza, dekorativ kasa və qrafin-dekanterləri üçün iki rəng seçimindən istifadə ediblər: Canyon Crystal çökmə süxurların oxra çalarını əks etdirir, Persepolis Blue isə nadir və qiymətli fars firuzəsinin özünəməxsus solğun mavi tonunu xatırladır – bu da yerin dərinliklərindən gələn digər bir təbii hədiyyədir. Büllur məmulatların formaları və materialın şəffaflığı ilə sıxlığının kontrastı sayəsində yaranan optik effektlər hərəkət və transformasiya simvolikası yaradır – yerin təkindən püskürən maqmanın bərk qayaları sıxması və parçalanması. Magnitude vazalarının forması tektonik plitələrin hərəkətini xatırladır, burada hamar səth relyefi kəskin həndəsi qırılmalarla “bölünür”. Caldera kasa və qrafinlərinin dizaynı isə vulkan zirvələrindəki nəhəng kalderalardan ilhamlanaraq yaradılıb. Altı zinət əşyasından – üzüklər, sırğalar və kulonlardan ibarət TERRAMINERAL zərgərlik xətti büllurda təbii mineral druzalarının formasını təcəssüm etdirir. Metal çərçivəyə yerləşdirilmiş büllur detallar stilizə olunmuş kristalları xatırladır, təbii mineralların daxilində rast gəlinən daxili inkluziyaları imitasiya etmək üçün emal və rəngli şüşədən istifadə olunub. Druzanın həcmini və çoxqatlılığını vurğulamaq üçün Lalique dizaynerləri yenidən mat və cilalanmış səthlərin kontrastından istifadə ediblər.

TERRAMINERAL kolleksiyası artıq Ambiance butikində, 28 May küçəsində təqdim olunur.
Azərbaycanda Lalique brendinin eksklüziv nümayəndəsi onun rəsmi distribütoru – Italdizain şirkətidir.
Məhdud buraxılış: Magnitude vazasının qızıl dekorlu və cəmi 45 ədəd istehsal olunmuş limitli versiyası fərdi sifariş üçün mövcuddur.
Əlavə məlumat və alış şərtləri üçün Ambiance butikinə müraciət edə bilərsiniz.
Ünvan: Azərbaycan, Bakı, 28 May küçəsi, 5A
Əlaqə nömrəsi: +994 (12) 498-62-94
Lalique brendi və onun kolleksiyaları haqqında daha ətraflı məlumat üçün: https://italdizain.az/brands/lalique