Bakıda "Yves Delorme" butikində, eksklüziv olaraq, Azərbaycan bazarı üçün ərsəyə gətirilmiş "Khari Bulbul × Yves Delorme" məhdud kolleksiyasının təqdimatı baş tutub
Kolleksiyanın baş qəhrəmanı dizaynı "Yves Delorme" brendinin kreativ direktoru Lorans Rue tərəfindən şəxsən işlənib-hazırlanmış xarıbülbül dağ çiçəyidir. "Savoir-faire", yəni əsl fransız sənətkarlıq ənənələrini qoruyub saxlayan premium tekstil brendi üçün bu kolleksiya Azərbaycanın simvollarından birini "Yves Delorme" estetikasında təqdim etmək məqsədilə bir fürsətə çevrilib.
Məhdud kolleksiyanın rəsmi təqdimatına həsr edilmiş təntənəli gecənin ab-havası çiçək motivləri və "Yves Delorme" üçün xüsusi əhəmiyyət kəsb edən tekstura və faktura müxtəlifliyi ətrafında qurulub. Çiçək motivləri, zərif və incə fakturalar, tekstil elementləri və kolleksiyanın nəzərəçarpan detalları butikin tərtibatını müəyyən edib və yeni kolleksiyanın təqdimatını tamamlayıb.
Brendin daimi müştəriləri, həmçinin brendin nümayəndələri – Rusiyadakı "Yves Delorme" nümayəndəliyinin rəhbəri Vyaçeslav Zaytsev və "Group Fremaux Delorme"nin regional meneceri Marqarita Fontova, o cümlədən interyer dizaynerləri, media nümayəndələri və influenserlər təqdimatın qonaqları qismində iştirak ediblər. Kolleksiyanın buraxılışı dizayn və incəsənət, tarixi irs və memarlıq, mədəni ənənələr və yaşamaq sənəti fəlsəfəsi kimi mövzulara həvəs göstərən auditoriyanı öz bayrağı altında birləşdirib
Dəbdəbə sənayesində xidmət üzrə ekspert olan Roman Kelasyevin “The Art of Bath Linen” master-klası gecənin proqramının bir parçası olub. Bu master-klas öz evində hotellərə xas dəbdəbəli istirahət ab-havasının yaradılması sənətinə həsr olunub. Qonaqlar dəsmal və xalatların düzgün seçilmə qaydası, tekstilin ölçü və sıxlığının nə dərəcədə əhəmiyyət daşıması, eləcə də haşiyələmənin keyfiyyət və detallarına müvafiq şəkildə dəyər verilməsi barədə məlumatlandırılıblar. Ekspert pambıq tekstilə qulluq qaydasını, dəsmal və xalatların hansı şəraitdə saxlanmalı olduğunu və dəsmallarla xalatlardan vizual cəhətdən diqqətçəkən kompozisiya hazırlamağın yolunu izah edib. Ev məkanı mədəniyyəti – həyat fəlsəfəsinin və "Yves Delorme"nin də buna istinad etdiyi əsl gözəl yaşamaq sənətinin ayrılmaz bir parçası. "Əvvəlcə mən parlaq yaşıl turmalinlər tapmaq istəyirdim, lakin aydın ifadə edilmiş xarakteristikaya malik daşların axtarışı həmişə axtarış çevrəsini daraldır", – Stiven Vebster danışır. – "Palitranın ikinci elementi olaraq, isti çalarlı çəhrayı-mis zirkonu seçdim. Hesab edirəm ki, bu daş layiqincə qiymətləndirilməyib. Bu ana qədər bu daşın arxasında onu, sözün əsl mənasında, anlayan bir zərgər durmayıb".
Təqdimat qonaqlara yeni kolleksiyanın xüsusiyyətləri ilə tanış olmağa, məmulatların keyfiyyət və fakturasını dəyərləndirməyə, eləcə də fransız tekstil ustalığı ənənələri barədə daha çox şey öyrənməyə şərait yaradıb.
"Yves Delorme" tekstil brendini Azərbaycanda onun rəsmi distribütoru – "Italdizain" şirkəti eksklüziv olaraq təmsil edir. Kolleksiya Bakı şəhəri, 28 May küçəsi, 26 ünvanında yerləşən "Yves Delorme" butikində təqdim edilir.
Ünvan: Azərbaycan, Bakı şəhəri, 28 May küçəsi, 26.
Əlaqə nömrəsi: +994 (12) 493-13-34
"Yves Delorme" brendi və onun kolleksiyaları haqqında ətraflı məlumatı aşağıda qeyd olunan saytdan əldə edə bilərsiniz: https://italdizain.az/az/brands/yves-delorme


