BrendHerend

"Herend" manufakturası 1826-cı ildə Macarıstanda yaradılıb. Şirkət yaradıldığı gündən klassik bərk çini həvəskarlarının diqqət mərkəzindədir. Belə müvəffəqiyyətin sirri əsl sənət əsərləri hesab edilə biləcək əl ilə işlənmiş məhsullardadır. “Herend” çini qabların istehsalı ilə 1839-cu ildən məşğul olur. Brendin məhsulları Çin mədəniyyətinin ən yaxşı ənənələrini əks etdirən üslub, forma və naxışlara malikdir. 1851-ci ildə Londonda ""Herend"" brendinin çiçək açan gözəl pionlar və kəpənəklərin təsvir edildiyi floristik dizayndan ibarət olan məşhur naxışı təqdim edilib. “Victoria” adlanan bu kolleksiya Qızıl medala layiq görülüb. Kraliça belə bu möhtəşəm sənət əsərinə heyran qalaraq bu dəbdəbəli çini dəstini Vindsor qalasında istifadə etmək üçün əldə edib. “Herend” eyni zamanda imperator Frans İosifin brendin sadiq pərəstişkarları arasında olmasına görə məşhurlaşıb. Şirkət Habsburqlar ailəsinin rəsmi çini qab təchizatçısı olub. “Herend” brendi dizaynlarını çini məhsullarını alan məşhur müştərilərin şərəfinə adlandırıb: "Apponyi", "Victoria", "Batthyany" və "Rothschild". Hazırda “Herend” brendinin məhsulları muzey və şəxsi kolleksiyalarda nümayiş etdirilir, brendin özü isə beynəlxalq səviyyəli çini istehsalçısı hesab edilir. İstehsalın əsas sirlərindən biri şirli çininin boyanması ilə əlaqədardır. Bu zaman istifadə edilən boya sağlamlıq üçün tam təhlükəsizdir. “Herend” fəaliyyətinə görə “Macar İrsi Mükafatı”na layiq görülüb."

Kataloq

Filtr
Filtrlər
Geri
Tövsiyə edilənlər
Çeşidlə