BrendGreggio

"İtalyan ailəvi brendi “Greggio”nun əsası XX əsrin ortalarında Rino Qrecio tərəfindən qoyulub. Brend 1948-ci ildən başlayaraq Avropa bazarının aparıcı gümüş qab istehsalçılarından biri olaraq qalıb. Gümüş qablar həmişə üstün status və incə zövqün simvolu olduğundan ""Greggio"" məhsulları ən tələbkar müştərilər və dəbdəbəli yerlərin sahibləri arasında xüsusilə məşhurdur. “Greggio” nikel, latun və paslanmayan poladdan hazırlanmış, gümüş suyuna çəkilmiş çəngəl-bıçaq dəstləri, yemək ləvazimatları və süfrə üçün aksesuarların çox geniş çeşidini təklif edir. Qənd qabları, qaşıqlar, şamdanlar, şampan qədəhləri, ədviyyat qabları, süd qabları, boşqablar, stəkanlar, ələklər, konyak dəstləri, nimçələr, buz vedrələri, qəhvədanlar, parçlar, butulka altlıqları, güldanlar, yağ qablarının zəngin çeşidi ən tələbkar müştərilərin belə qəlbini fəth etməyə qadirdir. Yüksək keyfiyyət, möhtəşəm dizayn və incə detallar “Greggio” brendinin hər bir məhsuluna xüsusi cazibə verir. Təəccüblü deyil ki, brend demək olar ki, bütün dünyada böyük populyarlıq qazanıb və brendin məhsulları böyük tələbatla qarşılanır."

Kataloq

Filtr
Filtrlər
Geri
Tövsiyə edilənlər
Çeşidlə