Kolleksiyalar

BrendWedgwood

"Wedgwood" ingiltərəli dulusçu və sahibkar Cozaya Vecvud tərəfindən 1 may 1759-cu ildə qurulmuş çini, nazik çini və lüks aksesuar istehsalçısıdır. Şirkət sürətlə uğur qazanıb və tezliklə Staffordşayrda dulusçuluq sənayesinin ən böyük istehsalçılarından biri olub. Bu şirkət məhsullarını Rusiya, Amerika və bütün Avropaya ixrac etməklə Britaniyanın keramika sənətini tanıtmaq və nüfuzunu yüksəltmək üçün istənilən başqa istehsalçıdan daha çox iş görüb. Şirkət xüsusilə keyfiyyətinə görə çiniyə bərabər hesab edilən gil və və saxsı qabların istehsalında uğur qazanıb. “Wedgwood” brendi bir qayda olaraq ""Jasper"" adlandırılan və təzadlı rənglərdə, xüsusilə ""Wedgwood mavisi"" və ağ rəngdə istehsal edilən ""quru"" (şirəsiz) keramika qarışığı ilə tanınır. “Jasper” keramikası firma tərəfindən 1775-ci ildən bəri davamlı olaraq istehsal edilir və onun çoxsaylı imitasiyaları mövcuddur. ""Jasper"" keramikasında və digər quru keramika qarışıqlarında yer alan əsas “Wedgwood” motivləri həmin dövrdə, xüsusən də, Böyük Britaniya imperiyasının genişləndiyi dövrdə öyrənilən və yenidən kəşf olunan qədim mədəniyyətlərin ciddi təsirinə məruz qalmışdı. Bir çox motivlər qədim Roma, Yunan və Misir mifologiyalarından ilhamlanıb."

Kataloq

Filtr
Filtrlər
Geri
Tövsiyə edilənlər
Çeşidlə