BrendRobbe berking

“Robbe & Berking” brendinin tarixi 1874-cü ildən başlayır. O dövrdən bu günə qədər onun məhsulları yalnız süfrə ləvazimatları deyil, həm də bənzərsiz sənət əsərləri hesab edilir. Sadə dizayn və yüksək standartlar brendin fəaliyyətini müəyyənləşdirən və təyin edən prinsiplərdir. Brendin ustaları kütləvi istehsalla məşğul olmurlar. Onlar detallara xüsusi diqqət göstərərək az sayda və yüksək keyfiyyətli məhsullar istehsal edirlər. Məhsulların istehsalında yalnız çox yüksək keyfiyyətli gümüşdən istifadə olunur və bütün süfrə ləvazimatları yüksək keyfiyyətli 925 sterlinq əyarlı gümüşdən hazırlanır. “Robbe & Berking” brendinin məhsul çeşidi təxminən 500 süfrə ləvazimatını əhatə edir. Brendin əsas xüsusiyyətlərindən biri qeyri-adi məhsulların - məsələn, lobster və ya istridyə üçün çəngəlin istehsal edilməsidir. Onların məhsulları daha çox həqiqi qurmanlar üçün nəzərdə tutulur. Məhsulların keyfiyyəti və ya dizaynına söz ola bilməz. “Robbe & Berking” brendinin gümüş süfrə ləvazimatları Avropanın bir çox muzeylərində sərgilənir. Onlar müasir gümüş sənət əsərləri arasında seçilir. Şirkətin müştəriləri arasında bir çox məşhur beynəlxalq otel və restoranlar var. Hətta İordaniya kralının sarayında, Kremldə, Berlin Federal Kansler Ofisində stollar təntənəli mərasimlər zamanı "Robbe Berking" brendinin yemək ləvazimatları ilə bəzədilir.

Kataloq

Filtr
Filtrlər
Geri
Tövsiyə edilənlər
Çeşidlə

Göstərilir: 24 / 43