Lalique
Şampan qədəhi 100 points
Büllur
480 ₼
Xüsusiyyətlər | |
Material |
Büllur |
---|---|
Diametr (sm) |
5,8 |
Hündürlük (sm) |
23,8 |
Çəki (kq) |
0.16 |
Həcm (ml) |
230 |
Rəng |
Şəffaf |
Növ |
Şampan qədəhi |
Satıcı kodu | 10331200 |
Brend | Lalique |
Kolleksiya | 100 points |
Ətraflı |
Kolleksiya
100 points
Dünya şöhrətli̇ şərab tənqi̇dçi̇si̇ Сeyms Sakli̇nq Fransanın ən hörmətli̇ büllur i̇stehsalçısı “Lalique” i̇lə bi̇rli̇kdə yaratdığı yeni̇ “100 points” qədəh kolleksi̇yasını "gözəl, laki̇n funksi̇onal" sözləri̇ i̇lə təsvi̇r edi̇r.
Amerikalı tənqidçi şərab dequstatoru olduğu 30 il ərzində 150 000-dən artıq müxtəlif şərabın dadına baxıb. O, onilliklər boyu öz şərab qədəhləri kolleksiyasını yaratmaq arzusunda olub və bu barədə dərindən düşündükdən sonra birlikdə işləyəcəyi əsas şirkət kimi “Lalique” brendini seçib. Onlar 2012-ci ilin sentyabrında satışa çıxarılan “100 POINTS” universal şərab qədəhini dizayn edib. Lüks qədəh istənilən növ şərab içmək üçün gözəldir - ağ və ya qırmızı, təzə və ya köhnə, “Premier Cru” və ya “petit château“. Bazardakı digər şərab qədəhlərinin çoxundan daha ağır olan qədəh istənilən şəxsin əlində sənət əsəri kimi görünür.
Şərab qiymətləndirmə sisteminin şərəfinə adlandırılmış “100 POINTS” müasir dizaynı və dəqiq praktikliyi özündə birləşdirən və əl işi olan, eyni zamanda “Lalique” brendinin mövcud üslubunu ifadə edən kolleksiyadır. Bu qədəh ən yaxşı şüşə ustalarının əlindən çıxmış büllur, “U” formalı piyalə, eləcə də şəffaf və cilalanmış səthlərin xarakterik ziddiyyətini ifadə etmək üçün fərqli minalı ayaqcığı ilə seçilir. Rene Lalikin 100 ildən çox tarixi olan “Lalique” brendi 1930-cu və 1940-cı illərdə məşhur olan “Barsac” və “Beaune” kimi çeşidlərdən başlamaqla, şərab qədəhlərinin uzun istehsal ənənələrinə malikdir.
Şərab dequstasiya və videolarının paylaşıldığı www.jamessuckling.com saytını yaratmazdan əvvəl 30 ilə yaxın Amerikanın şərab jurnalı “The Wine Spectator” jurnalında işləyən Ceyms Saklinq deyir: “Mən Los-Ancelesdə böyümüşəm və valideynlərimin, eləcə də nənəmin, babamın evində “Lalique” qədəhləri var idi. Ailəm onu həmişə gözəl büllurun etalonu hesab edirdi“. O, həmçinin “Hong Kong Tatler”, “Macau Tatler” və “Singapore Tatler” daxil olmaqla doqquz dəbdəbəli Asiya jurnalından ibarət qrupun şərab redaktorudur.
- Təsvir
Material |
Büllur |
---|---|
Diametr (sm) |
5,8 |
Hündürlük (sm) |
23,8 |
Çəki (kq) |
0.16 |
Həcm (ml) |
230 |
Rəng |
Şəffaf |
Növ |
Şampan qədəhi |
Brend | Lalique |
Kolleksiya | 100 points |
Ətraflı |