Haviland

Piyalə Le brésil by zuber manufacturer

Limoj çinisi

345


Xüsusiyyətləri göstər
Xüsusiyyətlər
Material Limoj çinisi
Diametr (sm) 16
Hündürlük (sm) 5,7
Həcm (ml) 400
Rəng Dekorasiyalı
Satıcı kodu 1855-0059
Brend Haviland
Kolleksiya Le brésil by zuber manufacturer
Ətraflı

Kolleksiya
Le brésil by zuber manufacturer

“Haviland” çini istehsalçısı nəsildən-nəslə davam etdirilən iki qədim təcrübəni birləşdirən kolleksiyanı reallaşdırmaq üçün “Zuber” divar kağızı fabriki ilə əməkdaşlıq edir. “Le Brésil” kolleksiyası “Haviland” çinisinin zərifliyini və incəliyini “Zuber” divar kağızlarının ekzotik mənzərələri ilə müvəffəqiyyətlə birləşdirir. “Le Brésil” 10 rəng və incə təfərrüatları ilə dərin təəssürat doğuran bitki naxışlarının formallaşdığı tutqun qızılı rəngdə təqdim edilir. “Zuber” fantastik və ya realistik mənzərələrlə Braziliyanın təbiətini ona müəyyən poetiklik verən pastel çəhrayı rənglə ifadə edir. “Zuber” bu naxışla idillik kainat yaratmaq üçün heyvanların sıx bitki örtüyü arasında seçildiyi gözəl bir yay gününü təsvir edir. “Le Brésil” kolleksiyası bu iki brendin təcrübə və ənənələrə bağlılığını göstərir. İki brend bu prestijli kolleksiya ilə çini üzərində heyrətamiz panoramik bəzəklər təqdim edir. Çini istehsalçısının ənənəvi metodları və təcrübəsi “Zuber” divar kağızlarının yaradılması üçün istifadə edilən tarixi abidələrə əsaslanan naxışların zərifliyi ilə daha gözəl görünüş alır. Bu kolleksiya üçün 1862-ci ildə “Zuber” tərəfindən yaradılmış panoramik dizayn istifadə olunub. İstifadəçilərini səyahət etməyə dəvət edən bu dizayn ideal flora və faunaya malik olan Braziliyanın tropik təbiətinin tərifi kimi çıxış edir. Bu kolleksiyanın füsunkar mənzərələrin fonunda təqdim edilmiş predmetləri zərifliklə hazırlanmış möhtəşəm sənət əsərlərini nümayiş etdirir. Rənglər və təsvirlər bütün çini parçalarını bəzəyərək gözəllik həvəskarlarını sevindirir.

Təsvir
Material Limoj çinisi
Diametr (sm) 16
Hündürlük (sm) 5,7
Həcm (ml) 400
Rəng Dekorasiyalı
Brend Haviland
Kolleksiya Le brésil by zuber manufacturer
Ətraflı