Daum
KolleksiyaRose passion
“Daum“ brendinin 1900-cu illərdən başlayaraq tez-tez qayıtdığı ikonik qızılgül tematikası “Rose Passion“ kolleksiyasında bir daha təqdim olunub. “Daum“ bu il qızılı cizgilərlə bəzədilmiş əlvan çalarlarda dörd yeni güldan yaradıb, o cümlədən ağ, yaşıl, ultrabənövşəyi, qırmızı, narıncı, qara və çəhrayı rənglərdə büllur qızılgül dekor elementlərinin kolleksiyasını təqdim edib. “Daum“ atelyesinin texniki ustalığının məhsulu olan bu predmetlər gözəllik və poeziya dünyasını tərənnüm edir.