Bernardaud

KolleksiyaBotanique

5 may 1829-cu il tarixində cənab Şamburq adlı bir nəfər Kral Sevr Manufakturasına çiçək çələngləri ilə bəzədilmiş çini serviz dəstinin hazırlanmasını sifariş etdi. Beləcə, alman şahzadəsi Hessenli II Qiyom gizlindən özünə 60 nəfərlik serviz aldı. Orijinal serviz Kral Manufakturasının istehsal etdiyi ən böyük yemək dəsti idi.
Sevr rəssamlarının istedadı və zərif çini məhsulların ustalıqla hazırlanması ilə məşhur idi. Servizin sonuncu parçaları sahibinə 1831-ci ilin oktyabrında çatdırıldı. 566 predmetdən ibarət olan servizin hazırlanması iki ildən çox vaxt tələb etdi. “Botanique“ dəsti rəssam Pyer-Jozef Redutun rəsm əsərlərindən ilham alaraq hazırlanmışdı. Çiçəklər hər bir bitki növünün incə detallarının vurğulanması ilə XVIII əsrin ənənəvi təqdimat üsullarını kölgədə qoyan realizm üslubunda təsvir edilmişdi. XIX əsrin əvvəllərində botanik üslub pik dövrünü yaşayırdı və dövrün ensiklopedik biliklərini əks etdirirdi. Servizə aid hər bir boşqabın arxasında təsvir olunmuş çiçəyin adı göstərilmişdi.
“Ancienne Manufacture Royale“ bu möhtəşəm serviz üçün Almaniyada, Fulda şəhərinin yaxınlığında yerləşən Fazaneri qəsrindəki muzeydə sərgilənən orijinal servizin ən gözəl parçalarını seçib.