Lalique

KolleksiyaFleurs de cerisier

“Lalique” brendinin yeni heyrətamiz “Fleurs de Cerisier” kolleksiyası sakura ağaclarının möhtəşəm çiçəklərindən ilhamlanaraq hazırlanıb. Qızılı rəngə boyanmış və əl işi mina ilə vurğulanmış unikal çalarlar sakura çiçəkləri ilə qüsursuz harmoniyaya malikdir. Taxtaların laklanması texnikası Asiyada min illik tarixə malik ənənədir. “Lalique” brendi Vyetnamda bu irsi yaşadan müstəsna sənətkarlarla bir araya gəlib. Onlar heyrətamiz istedad və təcrübələri ilə on beş qat lak ilə örtülmüş oyma ağacdan qutular, sinilər və çərçivələr düzəldirlər. Fransada yerləşən “Lalique” manufakturasının istehsal etdiyi parlaq işləməli büllur motiv brendin hər bir dizaynının xarakterik elementidir. Bu iki təcrübənin - lak və büllurun birləşməsi unikal məhsullar doğurub. İncəliklə oyulmuş albalı çiçəklərinin təsviri sakura ağaclarının bütün dünyada məşhur olan ecazkar çiçəklərini xatırladır. Gözəlliyin və həyatın ötəriliyini simvolizə edən bu təsvir insanı indiki ana heyran olmağa dəvət edir. Qutu və sinilərin daxilində qara lakın parlaqlığı ilə təzad yaradan tutqun tünd-göy naxış həkk olunub. Bəzi məhsulların yuxarı hissələri sevgi və sülh simvolu olan kiçik tutuquşu heykəlləri ilə bəzədilib. Müxtəlif ölçülərdə təqdim edilən sinilər və çərçivələrin gözəlliyi oymalı büllurla vurğulanıb. “Fleurs de Cerisier” kolleksiyasına xas formalar büllurun düzgün paylanmasını çətinləşdirir və bu da “Lalique” sənətkarlarından böyük texniki məharət tələb edir. “Fleurs de Cerisier” kolleksiyasının bəzi predmetləri dəbdəbəli görünüşə və üstün keyfiyyətə sahib olmaqla yanaşı, məhdud sayda istehsal olunub və onların dəyər potensialı zaman keçdikcə artır.

Kataloq

Filtr
Filtrlər
Geri
Tövsiyə edilənlər
Çeşidlə