Yuxu gözəllik və harmoniya sənəti kimi: "Yves Delorme"dən 2026-cı il payız-qış mövsümü üçün yeni kolleksiya

Yuxu gözəllik və harmoniya sənəti kimi: "Yves Delorme"dən 2026-cı il payız-qış mövsümü üçün yeni kolleksiya

Fəlsəfəsinin təməlində mədəni irs, sənətkarlıq və həyat eşqinin vəhdət təşkil etdiyi Fransa brendinin yeni kolleksiyasında yaşamaq sənəti və yuxu sənəti ahəng yaradır. 


"Yves Delorme"nin 2026-cı il payız-qış mövsümü üçün yeni kolleksiyasında həyata dair əsl fransız münasibəti, hər andan zövq almaq bacarığı və gündəlik gözəllik, komfort rituallarında harmoniya tapmaq və yaratmaq sənəti bir araya gəlib.  Diqqətlə seçilmiş materiallar, yaradıcı yanaşma və Fransa atelyelərindəki mükəmməl əl işi həm yataq otağında, həm də bütün evdə komfort və rifahın xüsusi estetikasını formalaşdırır. 

Yuxu fiziki, əqli və emosional bərpa vaxtıdır. "Yves Delorme" yuxu üçün elə bir məkan yaradır ki, burada taktillik dəbdəbənin yeni formasına çevrilir: ipəkvari, yumşaq teksturalara hər toxunuş yavaşlamaq, daxili tarazlığı bərpa etmək, eləcə də günün onunla başladığı və başa çatdığı harmoniyaya nail olmaq imkanı bəxş edir. 

Fransa brendi hər mövsüm ilə rifah və dinclik palitrasına yeni ştrixlər qatır ki, evin harmoniyası da onlar sayəsində qurulur. Biz yeni layihədə yapon fenomeni "Tsundoku" – kitab alıb yığmaq və münasib məqam gələnədək oxumayaraq onlarla emosional bağ yaratmaq, həmçinin onlara sonradan üz tutmaq imkanını öz əlimizdə saxlamaq adəti ilə tanış oluruq. "Tsundoku" fəlsəfəsinə əsasən, özünü kitablarla əhatə edərək həyat üçün ahəngdar və dolu bir məkan yaradırıq. Belə ki, yaxınlığımızda kitabların olması bizi sakitləşdirir, ruhlandırır, fərdi xüsusiyyətlərimizin meydana çıxmasına imkan verir. Kitablara və oxu sənətinə sevgi "Yves Delorme" ilə səsləşir və bu xüsusi ritualı evin, istirahətin, yataq otağının ab-havası ilə birləşdirir. 

Vintaj predmetlər üzrə kurator, brend strategiyası üzrə məsləhətçi və "Atelier Mayer"in təsisçisi olan avstriyalı Karmen Hayd ilə əməkdaşlıq çərçivəsində Fransa brendi evin ab-havası və öz hekayəsinə malik əşyalar arasında qarşılıqlı əlaqəni araşdırır. Tural Yusifov radiodakı karyerasına 2003-cü ildə başlayıb, 2010-cu ildə isə Azərbaycanda müstəqil müqavilə imzalamış ilk radioaparıcı olub. Hazırda o, ölkənin ən tanınmış media simalarından biridir. Tural Yusifov "AvtoStop" avtomobil layihəsinin müəllifi və aparıcısı olmaqla yanaşı, İctimai Radio və İctimai TV ilə əməkdaşlıq edir, eyni zamanda öz media layihələrini də inkişaf etdirir. 

Karmen Haydın karyera tarixində London İncəsənət Universiteti, aralarında "Yves Saint Laurent", "Celine", "Tommy Hilfiger" olan aparıcı moda evləri ilə əməkdaşlıq, Britaniyanın "Vogue" jurnalında iş yer alır. O, 2007-ci ildə yaradılmış atelier.com veb-saytını beynəlxalq bir platforma halına gətirib ki, burada nadir "haute couture" predmetləri və unikal aksesuarlar nəinki vintaj dəb çərçivəsində, həmçinin interyer və qonaqpərvərlik sahəsində əsl xəzinəyə çevrilib. 

"Yves Delorme" ilhamverici "Rəssam ruhu" layihəsində bizi qeyri-adi parisli qadınlarla tanış edir ki, onlar brendin kolleksiyalarını öz aləmləri, tərzləri və estetikaları prizmasından interpretasiya edirlər. Seriyanın yeni, zərif qəhrəmanı dizayner, "Perrier-Jouët" şampan şərabı brendinin səfiri, "L’Officiel" jurnalı üçün "fashion" və "lifestyle" layihələrinin iştirakçısı İnes-Olimpiya Merkadaldır.   

İnes ədəbiyyat üzrə təhsil aldıqdan və moda dünyasında karyera qurduqdan sonra özünü qonaq qəbulu sənətinə həsr edib. Burada o, şam yeməyi dəvətləri, kübar tədbirlər və kokteyl axşamları ab-havasında səmimiyyət və mehribanlıq, incəlik və həyatsevərlik, çalarlar, teksturalar və zövqlər oyununu ustalıqla birləşdirib.

Dizayner "Yves Delorme" üçün "Jubilé" dizaynının saxsıdan eksklüziv məmulatlar üzərində işlənmiş və Fransa-Amerika dostluğunun 250 illiyinə həsr edilmiş xüsusi interpretasiyasını ərsəyə gətirib. 

"Yves Delorme" öz yaradıcı düşüncələrinin gerçək həyatda təcəssümünü, bir qərinədən artıqdır ki, Kuvio şəhərində yerləşən "Mascioni" İtaliya şirkətinə etibar edir. "Savoir-faire" yüksək sənətkarlığı, yaratmaq gözəlliyi, Fransa irsindən ruhlanma, hər məmulatda təcəssüm etdirilmiş detallara qarşı diqqət, dəqiqliklə seçilmiş materiallar – Fransa-İtaliya yaradıcı alyansının ümumi cəhətləri hədsiz çoxdur. 

1950-ci illərin sonunda İtaliyanın şimalında təsis edilmiş "Mascioni" şirkəti əl işi tekstil çap aləmində ən hörmətli adlardan biri kimi nüfuz qazanıb. İtaliya ustaları sənətkarlıq mükəmməlliyi ilə estetik hissiyyatı vəhdət halına gətirə, beləcə, ən yaxşı dünya brendləri tərəfindən tanınma və etibar qazana bilib. 

"Yves Delorme" və "Mascioni"ni yaratmaq prosesi və mükəmməlliyə sonsuz meyil kimi gözəllik fəlsəfəsi doğmalaşdırır. Hər bir kolleksiya "Yves Delorme" dizayn studiyası ilə "Mascioni" ustaları, təsvir və çap, ilhamlanma və interpretasiya arasında baş tutan həssas və diqqətli dialoq nəticəsində doğulur. Evin ab-havasının və ailəvi tarixçənin bir parçasına çevrilən predmetlər məhz elə bu cür yaranır. Nəciblik, dərinlik, bənzərsiz xarakter – brendlər illər və nəsillərin sınağından keçərək əhəmiyyətini qoruyan dəyərləri birlikdə ərsəyə gətirir.