Royal collection: Grand opening

Royal collection: Grand opening

Royal Collection 

Burada Şərq Avropa, ənənələr isə müasirliklə kəsişir, tarixi hadisə və rəvayətlər nəsildən-nəslə ötürülür. 

28 sentyabr 2023-cü il  

28 sentyabr 2023-cü il tarixində 28 may küçəsindəki 4 nömrəli evdə yeni dizayn və arxitektur həll variantları ilə seçilən “Royal Collection” butiki açıldı.

Açılış gecəsinə toplaşan qonaqlar tarixin səhifələrini vərəqləyərək keçmişə - uzun illər əvvələ interaktiv səyahətə çıxdılar. 28 may küçəsi öz unikallığı ilə seçilir, belə ki, burada baş verən tarixi hadisələr Bakı şəhərinin salnaməsini formalaşdırıb - ilk vağzal, ilk telefon köşkləri və...şəhərdə “Royal Collection” adlı ilk zərgərlik butiki. Bu butikin kolleksiyasına daxil olan əşyalar hər zaman maraq kəsb edən zinət əşyaları və nəsilləri birləşdirən məmulatlardır.


“Royal Collection” butiki tarixi binalardan birində - əkiz evlərdə yerləşir. Bu evləri inşa etdirmək qərarı memarlığı sevən və ondan ilham alan xeyriyyəçi və neft sənayeçisi Musa Nağıyevə məxsusdur. O, bir zamanlar yüz il yaşayaraq yüz ev tikdirəcəyinə söz vermişdi. Onun bu arzusunu məşhur polşalı memar və mülki mühəndis İosif Ploşko reallaşdırıb.

İstedadlı memar o vaxtlar Telefonnaya adlandırılan 28 may küçəsindəki bu binaların konsepsiyasına Avropanın paytaxt şəhərlərində məşhur olan “Art Nouveau” (modern) üslubu ilə italyan və fransız qotikasının elementlərini birləşdirib. Beləliklə, Musa Nağıyev və İosif Ploşkonun perspektiv duyum və baxışları sayəsində Bakı şəhəri “Şərqin Parisi”nə çevrildi. 4 və 6 nömrəli mədaxil evlərində isə şəhərin ən zəngin sakinləri üçün cəlbedici mağazalar açıldı, komfortlu mənzillər tikildi. Lakin sürətli dəyişikliklərə və müasir həll variantlarına baxmayaraq, nə 28 may küçəsi, nə onun binaları, nə də bu küçədə yerləşən butiklər öz cazibəsini itirməyib, əksinə, indinin özündə də şəhər sakinləri üçün vacib olan dəyərləri – çoxşahəlilik, davamlılıq və qonaqpərvərliyi tərənnüm edir.

Bakının yaradıcı insanları və tanınmış simaları heç vaxt yeni cərəyanlardan qorxmayıblar, əksinə, daim ənənələrə diqqət yetirərək onları mütərəqqi ideyalarla birləşdiriblər. Butikin yenilənməsi ilə braziliyalı memar Maurisio Keyroş (Maurício Queiroz) məşğul olub. Onun seçdiyi peşə memarın əsas amalını - əşyalara yeni həyat bəxş etmək istəyini reallaşdırmağa imkan verib. Beləliklə, Maurisio Keyroş “Royal Collection” butikinin timsalında 28 may küçəsindəki 4 nömrəli köhnə binaya yeni nəfəs verdi. Butikdə keçmiş ilə çağdaş dövr arasında bağ sezilir, belə ki, onun memarlıq və dizaynında Azərbaycan mədəniyyətinin və gündəlik məişət həyatının ayrılmaz tərkib hissəsi olan xalçaçılıq sənətinə, eləcə də milli motiv, süjet və sənətkarlığa istinadlar görmək olar.

“Royal Collection” butiki nəsillər arasındakı əlaqənin, habelə yeni-yeni təcrübələrlə zənginləşən irsin mücəssəməsidir.Sentyabrın 28-də 4 nömrəli evin divarları arasında “Royal Collection” butikinin qonaqları altı ünvan – “28 may küçəsi”, “Əkiz evlər”, “Hədiyyə mağazası”, “Ev xəzinələri” “Şəbəkə sehri” və “Xatirələr kolleksiyası” boyu interaktiv səyahətə çıxdılar. Bu ünvanların hər birində onları vaxtilə bakılıların həyatının bir hissəsi olmuş obyektlərin “dilindən” bir-birindən maraqlı rəvayətlər gözləyirdi. İnteraktiv ekskursiya zamanı köhnə telefon vasitəsi ilə küçənin melodiyasına qulaq asmaq və qədim şəbəkə sənətinin sehrinə tamaşa etmək mümkün idi. Daha sonra qonaqlara usta Tofiq Rəsulovun rəhbərliyi altında rəngarəng ornamentli taxta fiqur hazırlamaq, bir vaxtlar Musa Nağıyev kimi qızıl talisman tutmaq və öz xatirələrini “Royal Collection” butikinin qonaq kitabına yazmaq imkanı yaradıldı. 

                                                            

Proqramın mühüm elementi isə gecənin musiqili müşayiəti idi. Bir neçə görkəmli və orijinal ifaçı qonaqların “Royal Collection” ilə görüşünə rəng qatdı. Onlar öz ifaları ilə gecənin əsas leytmotivini - nəsillər arasındaki əlaqəni ənənəvi səsin müasir interpretasiyası vasitəsi ilə dəstəkləmiş oldular.

Səhnədə İsmayıl Zülfüqarov, “Jiva” və “Milam” musiqi qrupları və tarzən İbrahim Babayev öz məharətlərini sərgilədilər. Proqramı isə orijinal vokalçı və unikal tembr sahibi Sevda Ələkbərzadə “Xəzərin səsi” mahnısı ilə tamamladı.

Butikdə təmsil olunan brendlər  

Messika,

Pasquale Bruni,

Roberto Coin,

Leo Pizzo,

Omega,

Ulysse Nardin,

Breitling,

Tag Heuer,

Perrelet,

S.T. Dupont,

Utopia,

Breguet,

Blancpain,

Stephen Webster

Ünvan: Bakı, Azərbaycan, 28 may küçəsi, ev 4. Əlaqə nömrəsi: (+99451) 201 92 91 (+99412) 493 40 84.

Butikdə təqdim olunan məhsullarla burada tanış ola bilərsiniz.