"LALIQUE" "ALIZÉ" – İNTERYERİN MƏRKƏZİNDƏ ÇƏKİSİZ BİR XƏFİFLİK

"LALIQUE" "ALIZÉ" – İNTERYERİN MƏRKƏZİNDƏ ÇƏKİSİZ BİR XƏFİFLİK

"Lalique" brendi "Air de Lalique" kolleksiyasının ikinci bölməsini açaraq interyer dizaynında hava ünsürünün bədii tədqiqatını davam etdirir. 

2026-cı ildə "Lalique" brendi "Alizé" lampaları kolleksiyasını təqdim edib. Bu kolleksiyada büllur işıq, hərəkət və təəssürata çevrilərək məkana xəfiflik və xüsusi ritm bəxş edir. 

 Kolleksiyanın hər bir predmeti – portativ, iş və masaüstü, divar və tavan lampaları işıq və məkanla özünəməxsus şəkildə tandem yaradaraq formanın plastikliyi ilə funksionallığı birləşdirir. 

"Alizé" kolleksiyasına daxil olan məmulatlar xəfif mehin yumşaqlığından ilhamlanaraq sanki küləkdə dalğalanan incə parça kimi süzülür. "Lalique"in büllur formaları "haute couture" siluetlərinə istinad edir, işıq və kölgənin zərif oyunu isə materialın xətləri və fakturasını vurğulayır. 

İŞIQ İNTERYER MEMARLIĞININ BİR HİSSƏSİ KİMİ 

"Lalique" "Alizé" kolleksiyasında işığın imkanlarını məkanın və onun ab-havasının formalaşdırılması alətlərindən biri kimi araşdırır. Hər bir məmulat interyerlə qarşılıqlı əlaqəyə girərək həcmlər, materiallar və fakturaları vurğulayır, eləcə də brendin məkanla aparılan işə müasir yanaşmasını meydana çıxarır. 

"Alizé" asma, ayrıca dayanan və divar lampaları isti, zərif işıq saçaraq məkanı yumşaldır, sakit ab-hava yaradır. Şəffaflıq və tekstura oyunu bu lampaları interyerin müstəqil obyektlərinə çevirir – həm söndürülmüş, həm də yandırılmış halda. 

BÜLLUR İLƏ İŞ USTALIĞI 

"Alizé" lampaları Elzasda yerləşən tarixi "Lalique" manufakturasında əl ilə hazırlanır. Ənənələr, sirlər və büllur ilə iş üsulları, yüz ildən artıqdır ki, qorunur və nəsildən-nəslə ötürülür. Material ilə məşəqqətli iş – isti şüşədən tutmuş soyuq işlənməyə qədər – dəqiqlik, təcrübə və büllurun xüsusiyyətlərinə dair dərin bilik tələb edir. 

Hər bir lampa bədii ideya və qəliz əl işinin birləşməsinin nəticəsidir. "Lalique" "Alizé" kolleksiyasında brendin sənətkarlıq ənənələri ilə müasir predmetli dizaynı vəhdət halına gətirir. 

"LALIQUE"DƏN "ART DE VIVRE"İN MÜASİR İNTERPRETASİYASI 

"Air de Lalique"in ikinci bölməsində "Alizé" kolleksiyası "Lalique"in "Art de Vivre"inin müasir interpretasiyasını davam etdirir. Formaların xəfifliyi və büllurun plastikası hava ünsürü obrazını ona birbaşa müraciət etmədən ötürür. Lampalar onun diqqətçəkən, eyni zamanda orqanik elementinə çevrilərək məkan təəssüratını dəyişməyə qadirdir. 

"Alizé" kolleksiyasına sətinləşdirilmiş nikel və ya sətinləşdirilmiş qızılı elementlərə malik şəffaf büllurdan hazırlanmış portativ lampa və iş lampası, eynilə bu cür haşiyələnmə variantlarına və qoz ağacından təmələ malik şəffaf büllurdan hazırlanmış "Alizé XL" masaüstü lampası, sətinləşdirilmiş nikel və ya sətinləşdirilmiş qızılı elementlərə malik şəffaf büllurdan bir neçə formatda hazırlanmış divar lampası, eləcə də tavan lampaları daxildir. 

Kolleksiyanın bütün məmulatları 28 May küçəsi, 5A ünvanında yerləşən "Ambiance" butikində artıq təqdim edilir. Əlaqə nömrəsi: +994 (12) 498-62-94 "Lalique" brendi və onun kolleksiyaları haqqında ətraflı məlumatı aşağıda qeyd olunan saytdan əldə edə bilərsiniz: https://italdizain.az/az/brands/lalique