Mükəmməlliyə doğru hərəkət: "Perrelet" və Tural Yusifov əməkdaşlığın yeni səhifəsini açır

Mükəmməlliyə doğru hərəkət: "Perrelet" və Tural Yusifov əməkdaşlığın yeni səhifəsini açır

İsveçrə saat brendi və Azərbaycanın ən tanınmış səslərindən biri əsasında hərəkətə, inkişafa və mükəmməlliyə meyil göstərməyə dair ümumi ideyanın olduğu əməkdaşlığı davam etdirirlər.  


"Perrelet" və Tural Yusifovun əməkdaşlığının fəlsəfəsi "Luxury in Motion" formulunda öz əksini tapır. O, layihə çərçivəsində "Mükəmməlliyə doğru hərəkət" ideyası ilə davam etdirilir. Zəngin irsə malik İsveçrə saat brendi üçün hərəkət həmişə xüsusi məna kəsb edib. O, saatın mexanikasının təməlində dayanır və yeniliyə dair daimi axtarışı təcəssüm etdirir. "Perrelet"nin tarixində İsveçrə saat ustalığı ənənələri, texnoloji yeniliklər və müasir dizayn bir araya gəlib. 

Tural Yusifov üçün də hərəkət mövzusu təbiidir. Avtomobillər, sürət, texnologiyalar və daimi inkişaf, uzun illərdir ki, onun peşəkar fəaliyyətinin və müəllif layihələrinin bir hissəsi kimi qalmaqdadır. Bu maraq bir sıra cəhətlərdən "Perrelet" xarakteri ilə səsləşir. 

"Perrelet" və Tural Yusifovun əməkdaşlığının əsası 2023-cü ildə qoyulub. Onları ustalıq və zamana hörmət, texnologiyalara maraq və daim inkişaf etməyə olan meyil birləşdirir. Elə bu səbəbdən əməkdaşlıq "Perrelet" fəlsəfəsinin və Tural Yusifovun peşəkar yolunun təbii davamına çevrilib.  

"Perrelet" saat sənayesindəki ən qocaman adlar sırasındadır. Manufakturanın tarixi öz başlanğıcını 1777-ci ildən götürür və məşhur saatsaz Avraam-Lui Perrele ilə bağlıdır. Avtomatik qurulan ilk mexanizmlərdən birinin – sahibinin əlini hərəkət etdirməsi sayəsində qurula bilən saatın yaradılması Avraam-Lui Perrele ilə əlaqələndirilir. Demək olar, iki əsr yarım sonra da "Perrelet" öz təsisçisi tərəfindən əsası qoyulmuş ənənəni inkişaf etdirməyə davam edir, beləliklə, saatçılıq irsini qoruyub saxlayır və texnologiyalar, materiallar, dizayn ilə eksperimentlər aparır. 

Tural Yusifov radiodakı karyerasına 2003-cü ildə başlayıb, 2010-cu ildə isə Azərbaycanda müstəqil müqavilə imzalamış ilk radioaparıcı olub. Hazırda o, ölkənin ən tanınmış media simalarından biridir. Tural Yusifov "AvtoStop" avtomobil layihəsinin müəllifi və aparıcısı olmaqla yanaşı, İctimai Radio və İctimai TV ilə əməkdaşlıq edir, eyni zamanda öz media layihələrini də inkişaf etdirir. 

"Perrelet"nin müasir xarakterinin ən parlaq mücəssəmələrindən biri "Turbine" kolleksiyası sayılır. 2009-cu ildə təqdim edilmiş bu kolleksiya hərəkəti saat dizaynının vacib bir parçasına çevirdi. Siferblat üzərində yerləşən və brendin imzası sayılan turbin biləyin hərəkətinə reaksiya verir, beləcə, daim dəyişən vizual effekt əmələ gətirir. Bu element "Perrelet"nin ən bilinən xüsusiyyətlərindən birinə çevrilib. 

Yeni əməkdaşlıq fəslinin mərkəzində kolleksiyanın ən ifadəli modellərindən olan "Perrelet Turbine Carbon Black Edition" dayanır. Onda "Perrelet"nin texnoloji hazırlığı, müasir monoxrom estetika və 12 pərli turbin bir araya gətirilib. Əl hərəkət edən kimi turbin fırlanmağa başlayır və siferblatı canlandırır, beləcə, hərəkəti saatın dizaynının bir parçasına çevirir. 

44 mm diametrə malik korpusun mərkəzi hissəsi polikarbonat ilə karbon lif əsaslı kompozit materialdan hazırlanıb. O, yüngüllük və möhkəmliyi ilə seçilir. Qara rəng qamması, karbon və turbinin dinamikası modelə idman tərzi bəxş edir, eləcə də onun texnologiya və sürət ilə əlaqəsini vurğulayır. 

"Turbine Carbon Black Edition" modelində "Luxury in Motion" fəlsəfəsi xüsusilə nəzərəçarpan şəkildə meydana çıxır. Hərəkət modelin vizual xarakterini müəyyən edir, eyni zamanda da inkişaf, enerji və mükəmməlliyə meyil obrazına çevrilir. 

Brendin Azərbaycandakı tarixçəsində xüsusi yeri "Perrelet Turbine Azerbaijan Edition" məhdud saylı modeli tutur ki, o da məhz yerli bazar üçün ərsəyə gətirilib. Onun dizaynı milli simvolikadan ilhamlanıb. Turbinin qara pərlərinin fırlanması zamanı Azərbaycanın dövlət bayrağının təsviri açılır, milli simvolika isə siferblatın dinamik vizual effektinin bir parçasına çevrilir. 

Brendin dostu olaraq, Tural Yusifov "Perrelet"nin tarixi, "Turbine" kolleksiyası və "Luxury in Motion" fəlsəfəsi barədə müəllif materiallarından ibarət seriya hazırlayacaqdır. "Mükəmməlliyə doğru hərəkət" konsepsiyası onun radioefirlərində, podkastlarında, avtomobil test-drayvlarında və digər media layihələrində meydana çıxacaq. 

"Turbine Carbon Black Edition" Tural Yusifovun daimi yol yoldaşına və onun həm peşəkar, həm də gündəlik ritminin təbii bir parçasına çevriləcək. Onun layihələrində saat avtomobil, səyahət, yeni məqsədlər və şəxsi maraqlar kontekstində ortaya çıxacaq. 

"Perrelet" və Tural Yusifovun partnyorluğu uzunmüddətli əməkdaşlığa hesablanıb. Zaman, ustalıq və inkişafa göstərdikləri böyük maraq onları birləşdirən cəhətdir. "Luxury in Motion" məhz bunu, yəni mükəmməlliyə aparan hərəkət ideyasını diqqətə çatdırır. 

Azərbaycanda "Perrelet" brendi onun rəsmi distribütoru olan "Italdizain" şirkəti tərəfindən təmsil edilir. "Turbine Azerbaijan Edition" buraxılışı "Perrelet"nin yerli bazarda inkişafının vacib bir hissəsinə çevrilib və Azərbaycan auditoriyasının brendə olan xüsusi münasibətini vurğulayıb. "Perrelet" brendinin məhsulları ilə aşağıdakı ünvanlarda yerləşən "Royal Collection" butiklərində tanış ola bilərsiniz: Azərbaycan, Bakı, 28 May küç., 4 və Niyazi küç., 5B. Əlaqə nömrələri: +994 (12) 498-00-53, +994 (12) 492-76-56. "Perrelet" brendi və onun kolleksiyaları haqqında ətraflı məlumatı aşağıda qeyd olunan saytdan əldə edə bilərsiniz: https://italdizain.az/ru/brands/perrelet